Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Paşinyan Fransa səfirliyinin ərazisində sığınacaq axtaracaq" -"Rusiya hakimiyyəti ... təxribatlara hazır olmalıdır"

rusiyanin-irevandaki-sefirliyinin-muhasireye-alinmasini-heyecanla-izleyirik

“Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara davam etməyəcək, çünki Ermənistan ikinci kapitulyasiyanı istəmir”.

Yenixeber.org: Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Onun fikrincə, hazırda 2020-ci il noyabrın 10-na keçən gecə İrəvanda baş verən hadisələrin təkrarı yaşana bilər:

"Bənzər hadisələr baş verə bilər, ən azı artıq hökumət binalarına basqın etməyə cəhd göstərilib. Xatırlayaq ki, çılğın kütlə Ararat Mirzoyanı döydükləri kimi, Paşinyana da qarşı fiziki zorakılıq nümayiş etdirməyə qadirdir. Görünən odur ki, Paşinyan Ermənistan Müdafiə Nazirliyinin binasının altındakı hansısa yeraltı bunkerdə, hətta Fransa səfirliyinin ərazisində sığınacaq axtaracaq. Yəni ekstremal ssenarilər mümkündür".

İ. Korotçenkonun sözlərinə görə, gərgin ermənilərin davranışlarına görə Ermənistan hökuməti cavabdehdir: "Ermənilərin Rusiyanın İrəvandakı səfirliyini mühasirəyə almasını biz də həyəcanla izləyirik. Rusiya hakimiyyəti vəziyyəti diqqətlə izləməli, sabah nə baş verəcəyini düşünməli, müxtəlif ssenarilərə, təxribatlara hazır olmalıdır. Bu arada, rusiyalı diplomatların və onların ailə üzvlərinin təhlükəsizliyinə birbaşa Paşinyan və hüquq-mühafizə orqanları cavabdehdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam