Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Arayikin yerinə keçən separatçının iki yolu var - ŞƏRH

Arayikin yerinə keçən separatçının iki yolu var - ŞƏRH

Arayik Arutyunyan Qarabağ separatçılarının rəhbərliyindən “istefa verdiyini” bəyan edib. Daha əvvəl o, qondarma “dövlət naziri” Qurgen Nersisyanı postundan çıxarıb.
Yenixeber.org: Beləliklə, bu gündən Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan olub.
Separatçıların qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan “yeni dövlət naziri” təyin edilib.

Xankəndidə baş verənləri şərh edən siyasi ekspert Elxan Şahinoğlu deyib ki, Arayik Arutyunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək.
“Onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.
Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: separatçıların işğal altındakı bölgədə qondarma “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam