Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“EŞİDİRSƏNMİ O ÇIRPINTILARI?!!! O, BİZİK!”!!!

 

Aygun HASANOGLU

“MƏN VƏ MƏNİM KİMİLƏRİNİN BİR TƏSƏLLİSİ VARDI:

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ YAŞAYACAQ VƏ TORPAQLARIMIZ GERİ ALINACAQ!”!!!

İllərlə “müharibə olacaq, vətənim üçün döyüşəcəyəm” deyə həyatımızın ən gözəl günlərini tədbirlərə, əsərlərə və bu düşüncəyə qurban verdik… verdim! Yaşıdlarım sevib-seviləndə, mən işdən çıxıb, kilometrlərlə yolu piyada gedirdim ki, döyüşə hazırlaşıram deyə… Yaşıdlarım gözəl paltarlar geyinib, toylara paltarlar axtaranda, qadın bərbərlərində vaxt keçirəndə, mən qələmimi götürüb əsirlərlə bağlı arxivdə eşələndim ki, xalqda döyüş ruhunun ölməməsi üçün ermənilərin etdiklərini ortaya çıxarım…
Bəzən saçımı vaxtında kəsdirmək üçün pulum olmadı, çünki pulumu kağızlara, kitablara verdim. Heç bir zaman manikür nedir bilmədim, çünki qəpik-qəpik yığdığım pullarla ya kağız aldım, ya kitab nəşr etdirdim və sair…
Şairlərimiz eşqdən, yazıçılarımız ailə-məişət məsələrindən, dramaturqlarımız komediya yazıb camaatı güldürəndə, mən ən ağır mövzulara girərək müharibənin içində müharibədən yazdım…
Biri vardı, yazıçı kimi ağlına gələni yazdı, əsərlərində bir kəlmə də vətənlə, dövlətlə bağlı fikir yox, bu vətəndən, dövlətdən ev də aldı, üst-üstə təqaüd də…
“Yazıçı” vardı ki, nə yazdığını heç kim bilmədi, bu bir yana qalsın; Qarabağ müharibəsindəki döyüş meydanında Azərbaycan əsgəri ilə düşmən qızının macərasından yazdı, erməniyə dəstək verdi, homoseksuallığı dəstəklədi…. bu dövlətdən ev də aldı, təqaüd də…
MƏN VƏ MƏNİM KİMİLƏRİNİN BİR TƏSƏLLİSİ VARDI: AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ YAŞAYACAQ VƏ TORPAQLARIMIZ GERİ ALINACAQ!
Biz bunun üçün gəncliyimizi, həyatımızı, sevgimizi, ailəmizi, normal yaşamaq haqqımızı qurban verdik…
ÜRƏKDƏN GÜLMƏYƏ DƏ UTANDIQ, TOYDA QOL AÇIB OYNAMAĞA DA… ÖZ TOYUMDA BELƏ, SAÇLARIMI GƏLİN KİMİ BƏZƏMƏDİM;
çünki toy gününü görmədən erməni əlində təcavüzə məruz qalmış, qətl edilmiş qızlarımızdan utandım…
ONA GÖRƏMİ Kİ, ERMƏNİ GƏLİB BAKIDA QƏDƏH-QƏDƏHƏ VURSUN???
ONA GÖRƏMİ Kİ, 5 rayon məsələsi yenidən ortaya atılsın???
Ona görəmi ki, “barış” oyunu oynansın?”””
BİZ BU OYUNLARA QOL QALDIRIB OYNAMARIQ, ARXADAŞ! BİZ XOCALIDAN SONRA OYNAMAĞA SON QOYDUQ.
BU MİLLƏTİ OYNATMAQ İSTƏYƏNLƏR BİLSİN Kİ, BİZ HARADA OLSAQ DA VARIQ, BİR GÜN…
“ANSIZIN GELE BİLİRİZ!”
Bizim olmadığmızı düşünürsən?! Onda diz çök, torpağın üstünə yıxıl, qulağını qoy torpağa və onu dinlə…
EŞİDİRSƏNMİ O ÇIRPINTILARI?!!!
O, BİZİK!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam