Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Rusiya daha bir il müharibəni davam etdirə bilər” – "Putin seçim qarşısında qalacaq..."

“Rusiyanın daha bir il müharibəni davam etdirməyə kifayət edəcək pulu ola bilər. Bundan sonra Vladimir Putin çətin seçim qarşısında qalacaq. O, ya müharibəni davam etdirməyi, ya da öz vətəndaşlarının rifahını yaxşılaşdırmağı seçməlidir”.

 Yenixeber.org: Bunu Almaniyanın Karnegi Avrasiya Mərkəzinin əməkdaşı Aleksandra Prokopenko ABŞ-ın “CNN” nəşrinə açıqlamasında deyib.

Müharibə getdikcə daha baha başa gələcəyi üçün Rusiya vergiləri artırmalı və ya yolların tikintisi və körpülərin saxlanması kimi infrastruktur xərclərini azaltmalı olacaq”,- deyə o, bildirib.

Yazıda qeyd olunur ki, Putinin 2023-cü ildə imzaladığı qanun layihəsinə görə, cari il üçün Rusiyanın müdafiə xərcləri 4,98 trilyon rubl (52 milyard dollar) olub. Lakin “Reuters” agentliyi tərəfindən təhlil edilən hökumət sənədlərinə görə, bu proqnoz iki dəfə artırılaraq 9,7 trilyon rubla (101 milyard dollar) çatdırılıb. Bu, Rusiyanın 2021-ci il müdafiə xərcləriylə müqayisədə təxminən üç dəfə çoxdur.

Rusiya iqtisadiyyatı üzrə mütəxəssis Riçard Konolli hesab edir ki, 2023-cü ildə Rusiyanın müharibə xərcləri 100 milyard dolları keçəcək. Qeyd olunur ki, genişmiqyaslı işğaldan əvvəl Rusiya illik ümumi daxili məhsulunun təxminən 3-4%-ni müdafiəyə xərcləyirdisə, indi bu göstərici 8-10% arasında dəyişə bilər.

Alman Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun baş elmi işçisi Janis Kluge isə hesab edir ki, Rusiyanın müdafiə xərcləri 2023-cü ilin sonuna qədər 300 milyard dollara çatacaq.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam