Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ABŞ-ın çoxüzlü siyasəti və qırıq kəndiri –ona güvənmək, onunla quyuya enmək olmaz...

BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə çağırılmış toplantısında müxtəlif ölkələrin qoyulan problemə baxışı, el dilində desək, “dost-düşməni tanımaq” baxımından da faydalı oldu.

Yenixeber.org: Qafqazdan çox-çox uzaqlarda, Afrikanın ucqarlarında yerləşən dövlətlərin Qarabağ probleminin uzaq-yaxın keçmişindən, hətta hazırkı durumundan xəbərsiz olduqları halda dolayısı ilə ermənilərə qahmar çıxmasının nə insan haqları ilə əlaqəsi vardı, nə də beynəlxalq hüquqla. Onlar sadəcə vaxtilə Fransanın müstəmləkəsi olublar, hazırda da ondan asılıdırlar və fransızdilli Frankofoniya təşkilatının üzvləridir, ona görə də bu məsələdə Fransanın təlimatına uyğun hərəkət ediblər. Vəssalam. Haqlı və bəsit izah bundan ibarətdir.

Fransanın mövqeyi isə çoxdan bəllidir. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olmağa razılıq verdiyi, daha dəqiqi, özünü zorla qrup həmsədrliyinə pərçim etdiyi gündən bu saata qədər yalnız Ermənistana lobbiçilik etmək, qrupda ona qahmar çıxmaq məqsədi güdüb.

Fransa bu riyakarlığını 2020-ci ilin sentyabrına qədər pis-yaxşı ört-basdır edə, bəzən özünü neytral vasitəçi kimi apara bilirdisə, 44 günlük müharibənin gedişində və ondan sonra yaralanmış canavara dönüb, sanki həmin müharibədə özü də hərbi məğlubiyyətə uğrayıb.

pasinyan_makron.png (490 KB)

Fransa ilə bağlı məsələ aydındır, artıq onun mövqeyi heç kəsi heyrətləndirə bilməz, yalnız hiddətləndirə bilər.

Ancaq özünü demokratiya və insan haqlarının keşikçisi, beynəlxalq ədalətin qoruqçusu kimi aparmağa, daha doğrusu, göstərməyə çalışan ABŞ-ın BMT TŞ-nin son toplantısında tutduğu mövqe anlaşılmaz olduğu qədər qəribə, qəribə olduğu qədər də ədalətsizdir. Bu dövlətin nümayəndəsi yenə də reallıqdan uzaq və ikili mövqe nümayiş etdirib.

İndi ABŞ-ın istədiyi nədir? Azərbaycan öz ərazi bütövlüyünü bərpa, sərhədinin toxunulmazlığını təmin etməsinmi, öz torpağına sahib çıxmasınmı, İsrail dövləti boyda ərazisinin tarmar edilməsi, ən azı 100 milyard dollar həcmində zərər çəkməsi faktını qabartmasınmı?

35 ildir davam edən Ermənistan-Azərbaycan müharibəsinin əsas zərərçəkəni Azərbaycan olduğu halda BMT-də Ermənistanın şikayətinə baxılır və ABŞ da, Fransa da bu işdə aktiv iştirak edir. Bəs bu dövlətlər, o cümlədən BMT TŞ-nin daimi və müvəqqəti üzvləri 1988-ci ildən 2020-ci ilə qədər haradaydılar, işğala məruz qalan Azərbaycanın şikayətlərinə baxırdılarmı, tələblərinə məhəl qoyurdularmı?

Bütün sualların cavabları “xeyr”dir. Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı problemi özü həll etməsəydi, 100 il sonra da böyük dövlətlər istilənən, BMT TŞ-nin xüsusi iclasını təşkil edən deyildilər.

bmttttş.jpg (12 KB)

Ancaq indi əl-ayağa düşüblər, bir-birinə ötürmələr edir, növbə ilə dövriyyəyə girir, bəzən xor təşkil edir, bəzən məxfi diplomatik təzyiq üsullarına əl atırlar. Məqsəd Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsinin, öz ərazisi üzərində suveren hüquqlarının bərpasına nail olmağın qarşısını almaq, prosesi yarıda dayandırmaq, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər üçün dünyada analoqu olmayan, müstəsna bir status əldə etməkdir.

Qatı ermənipərəstlik edən Fransa və bu münaqişədə artıq yalnız öz mənafeyini güdən Rusiyadan fərqli olaraq ABŞ-ın tutduğu mövqe ona görə anlaşılmaz və ikiüzlü hesab oluna bilər ki, ABŞ dövlətini idarə edənlər gah elə, gah belə danışırlar, üzdə bir söz deyirlər, arxada başqa niyyətdə olduqlarını göstərirlər. Prezident Co Baydenin son iki ildə göndərdiyi məktublarda izhar etdiyi fikirlərlə ABŞ-ın dövlət katibi Entoni Blinkenin İlham Əliyevlə apardığı telefon danışıqlarında səsləndirdiyi sözlər bir-birinə daban-dabana ziddir.

blinken5.jpg (25 KB)

Yeri gəlmişkən, Blinken son 7 ayda Azərbaycanın dövlət başçısına 6 dəfə zəng edib. Bunun özü də ABŞ tərəfinin Qarabağ məsələsində necə bir həşirdə oldğunun göstəricisidir. Təsəvvür edin, özü ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan böyük 50 dövlətin birləşməsindən ibarət olan ABŞ-ın rəhbərləri səhər tezdən oyanır, dünyanın 200 dövlətinin, eləcə də öz 50 ştatının problemlərini, dərd-sərlərini bir kənara qoyur, ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsi ilə maraqlanırlar, Qarabağdakı vəziyyəti düşünürlər.

Əslində ABŞ rəhbərlərinin bu düşüncə tərzi və ovqatlarından çıxış edərək düşünmək olar ki, Vaşinqtonun Qafqaz kimi həssas bölgədə xüsusi maraqları, neft-qaz layihələrində iştirakı olmasaydı, o da Fransa kimi bu münaqişədə sırf Ermənistanın tərəfini tutardı. Ancaq bu dövlət nəzərə alır ki, Qafqaz bölgəsi üç böyük dövlətin – İranın, Türkiyənin və Rusiyanın arasındadır və ABŞ-ın onların üçü ilə də problem var. Ona görə də o, bu areala yerləşmək üçün hər üç Qafqaz respublikası ilə mehriban olmalıdır, hamısıyla yaxşı münasibətlər qurmalıdır.

Bu baxımdan ABŞ Azərbaycanı, eləcə də onun rəhbərliyini nə qədər sevməsə də, üzdə xoş münasibətləri qoruyub saxlamağa çalışır, ancaq əlindəki bizi də tez-tez batırmağı unutmur. Bu dövlətə tez-tez aid edilən “ikiüzlü siyasət” ifadəsi həqiqəti tam əks etdirmir, çünki ABŞ ikiüzlü siyasət yeritmir, çöxüzlü siyasət yeridir. O, həndəsi fiqur kimidir, çoxüzlüdür.

luqar.jpg (275 KB)

                         ABŞ senatoru Riçard Luqar Bakıda

2000-2010-cu illər arasında ABŞ-ın Azərbaycanla münasibətləri daha isti idi. Vaşinqton üçün Qafqazda 1 nömrəli müttəfiq gözündə Azərbaycanı görürdülər. Ancaq sonra ABŞ Azərbaycanı İranla münaqişəyə çəlb etmək, ölkəmizdən İrana qarşı plasdarm kimi yararlanmaq istəyəndə məqsədinə çata bilmədi. O vaxtlar ABŞ-dan ölkəmizə tez-tez diplomatlar, generallar, senatorlar gəlib-gedirdi, hamısı Azərbaycan rəhbərliyini bu avantüraya çəkmək üçün dilə tuturdular, fəqət onların istədiyi olmadı. Ondan sonra ABŞ valın o biri üzünü çevirdi, maaş və qrant verdiyi qulbeçələrinin vasitəsilə dövlət rəsmilərini şantaj etməyə başladılar, hakimiyyətə təzyiqləri artırdılar, ən zəif və ağrılı yerimiz olan Qarabağ məsələsində bizə zərərli mövqe sərgilədilər.

Azərbaycan rəhbərliyi buna cavab olaraq ABŞ-a məxsus qeyri-hökumət təşkilatlarının, institutlarının yerli filiallarını ölkədən qovandan, bu ölkənin təbliğat ruporu olan media qurumlarının fəalliyyətini məhdudlaşdırandan sonra Vaşinqton bir az özünə yığışdı, açıq konfrontasiyaya getmədi, amma loru dildə desək, “saman altından su yeritməyə” davam etdi.

İndi bu dövlət Ermənistanla çox yaxınlaşıb, demək olar ki, onu Rusiyadan qoparmaq üzrədir. Əgər Azərbaycan ondan tələb olunduğu vaxtlarda öz əzəli və əbədi qonşusu İrana qarşı namərdlik etmədisə, ermənilərdə bu problem yoxdur. İrəvan ötən əsrin 20-ci illərində ermənilərə dövlət qurub vermis Rusiyaya da, son illərdə “Anti-Azərbaycan müstəvisi”ndə qardaş olduğu İrana da ilk fürsətdə xəyanət edəcək.

gerginabs.jpg (79 KB)

ABŞ-a belə satlıq satellit dövlətlər, marionetka rejimlər lazımdır. Hazırda ABŞ-la Türkiyənin gərginləşmiş münasibətlərin mayasında da Türkiyənin 1950-2010-cu illər arasında ABŞ-ın sözəbaxan əlaltısı olması, sonda isə bu roldan imtina etməsi durur. Türkiyə nə qədər ki, ABŞ-ın iradəsinə boyun əyirdi, ölkədə baş verən hərbi çevrilişlərə, xunta rejimlərinin insan haqları və demokratiyanı tapdaq etməsinə Vaşinqtondan bir irad bildirilmirdi. Amma Türkiyənin yeni rəhbərliyi ABŞ-ın iradəsinə qarşı çıxandan sonra ölkədə nə qədər qanuni və demokratik seçkilər keçirilsə də, ABŞ Türkiyəni “qara siyahı”ya salıb, Afrika rejimləri ilə eyni gözdə görür.

absefqan.jpg (270 KB)

ABŞ-ın etibarsızlığına dair ən parlaq nümunə isə ötən ilin bu vaxtlarında Əfqanıstanda baş verən hadisələrdir. 20 il boyunca Əfqanıstanı işğal altında tutan, marionet rejimlər yaradan ABŞ keçən il gözlənilmədən öz oyununa cəlb etdiyi minlərlə məmuru, bütövlükdə xalqı “Taliban”ın terroru ilə üz-üzə buraxaraq ölkəni tərk etdi.

Hazırda ermənilər özlərini məhz əfqanların gününə qoymaqdadırlar, ABŞ-ın kəndiri ilə quyuya enirlər.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam