Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“İffət və hicab” qanunu iranlı deputatların iş rejiminə də təsir edib

 İran parlamenti məcburi hicab qaydalarını cəmiyyətə qəbul etdirməyə çalışan hökumətə dəstək verməyə hazır olduğunu öz iş rejimi ilə sübuta yetirməyə çalışır.
Yenixeber.org: İslam Şurasının Mədəniyyət komissiyasının rəhbəri Mürtəza Ağa Tehrani “Fars” agentliyinə müsahibəsində parlament üzvlərinin “hicab və iffət” qanun layihəsini “gecə saatlarına” qədər təşkil edib nəzərdən keçirməyə çalışırlar. Onun sözlərinə görə, bu canfəşanlıq İslam İnqilabı səviyyəsində qanuna nail ola bilmək istəyindən qaynaqlanır.
“Bu qanun layihəsinin ciddi hissəsi, ilk 40 maddəsi Mədəniyyət komissiyası, qanun layihəsinin kriminallaşdırma barədə ikinci hissəsi isə Hüquq-məhkəmə komissiyası ilə bağlıdır”, - deyə Tehrani deyib.
“İffət və Hicab” qanun layihəsi 2022-ci ilin sentyabrında baş verən ümumxalq etirazlarından bir müddət sonra ədliyyə orqanları tərəfindən 9 maddədə hazırlanıb. Lakin İbrahim Rəisi hökuməti maddələrin sayını 15-ə çatdıraraq parlamentə göndərib.
İslam Şurasında isə bu qanun layihəsinin maddələrinin sayı daha da artırılaraq 70-dən çox maddəyə çatdırılıb ki, nəticədə məcburi hicaba qarşı çıxan qadınlar üçün misli görünməmiş maliyyə cəzaları nəzərdə tutulub.
Son məlumata görə, İslam Şurasının bəzi nümayəndələri Konstitusiyanın 85-ci maddəsinə əsasən “iffət və hicab” adlanan qanun layihəsinin parlamentin açıq zalından kənarda araşdırılmasının mümkünlüyünü bəyan ediblər. Təkilf qəbul olunacağı halda parlamentin ictimai zalında qanun layihəsinin təfərrüatları və qanuniləşdirilməsi ilə bağlı sınaq müddətində, onun qapalı və plansız şəkildə həyata keçirilməsi barədə qərar vermək üçün birgə komissiya yaradılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam