Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bloomberg:"Taliban yüzlərlə kamikadze ilə İran savaşına hazırlaşıb"

Son aylar İranla Əfqanıstan arasında yaranmış gərginlik daha da artıb.
Yenixeber.org:  İki ölkə arasında əsas mübahisə su problemi ilə bağlıdır.
ABŞ-ın məşhur "Bloomberg" nəşri isə mövzu ilə bağlı diqqət çəkən məqalə dərc edib. Anonim mənbə Amerikanın xəbər agentliyinə bildirib ki, Taliban yüzlərlə kamikadze ilə İranla yarana biləcək mümkün su münaqişəsinə hazırlaşır.
Nəşr xatırladıb ki, mayın ayının ortalarında İran prezidenti İbrahim Rəisi Talibanın ünvanına su problemləri ilə bağlı təhdid xarakterli fikirlər səsləndirmişdi. O, Sistan və Bəluçistan əyalətində səfərdə olarkən Hirmənd çayından İrana çatan su haqqının ötürülməməsi ilə bağlı Əfqanıstan rəsmilərinə sərt şəkildə xəbərdarlıq edərək dedi ki, "Əfqanıstan su razılaşmasına əməl etməlidir, əks təqdirdə bunun mənfi nəticələri ilə üzləşəcəklər".
 

Talibanın tanınmış simalarından biri olan general Mobin isə bu bəyanata 20 litrlik su qabını əlinə alaraq istehzalı şəkildə səsləndirdiyi fikirlərlə cavab verdi: "Sən Allah, bizə hücum etmə, qorxuruq!" O, Rəisiyə sərt ultimatumlar verməməyi məsləhət gördü.
Bu qalmaqallı açıqlamalardan bir həftə sonra isə iki ölkənin sərhədində atışma baş verdi. Nəticədə iki iranlı sərhədçi və bir Taliban hərbçisi öldürüldü: "Proseslərlə yaxından tanış olan və qruplaşmaların döyüşə hazır olduğunu deyən etibarlı mənbənin sözlərinə görə, Taliban bölgəyə minlərlə əsgər və yüzlərlə kamikadze göndərib".

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam