Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Qərbin məqsədi Rusiyanı Qafqazdan çıxarmaqdır” -Darya Qrevtsova

“Xarici işlər nazirlərinin üçtərəfli görüşü ümumilikdə müsbət keçsə də, hələ mübahisəli məqamlar və tərəflərin kompromis tapa bilmədiyi məsələlər var. Bununla belə, görüşün ruhuna, eləcə də erməni istifadəçilərin sosial şəbəkələrdə yazdıqlarına nəzər salanda, nəticənin Azərbaycanın xeyrinə olduğu qənaətinə gələ bilərik”.
Yenixeber.org: Bu sözlər açıqlamasında rusiyalı ekspert Darya Qrevtsova deyib. Həmin görüşdə Lavrovun köməkçisinin ondan “DQMV” ifadəsini işlətməməyi xahiş edərək, bildirmişdi ki, bu ifadə Azərbaycanın xoşuna gəlmir. Mikrofon söndürülmədiyi üçün hamı bunu eşitmişdi. Ermənistandan qəzəblə belə şərhlər verilməyə başladı ki, Rusiya Bakını razı salmaq üçün hər şeyi edir və ümumiyyətlə, Azərbaycanın tərəfində çıxış edir.
“Bu görüşün xüsusiyyətlərindən biri də odur ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmələri, muxtariyyətləri ilə bağlı suallar ümumiyyətlə qaldırılmayıb. Bunlar “milli azlıqların hüquqlarının müdafiəsi” ifadəsi ilə əvəzlənib. Üstəlik, təkcə Azərbaycandakı ermənilərin deyil, həm də Ermənistandan köçmüş azərbaycanlıların hüquqlarının müdafiəsindən söhbət gedib. Halbuki əvvəllər bu haqda danışılmamışdı. Yəni diqqət öz müqəddəratını təyinetmə məsələsindən (bu Azərbaycanın xoşuna gəlmir və Bakının bu məsələdə heç bir güzəştə getməyəcəyi aydındır) milli azlıqların hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Bu, əlbəttə ki, Azərbaycanın böyük diplomatik qələbəsidir. Çünki “milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi” termini təkcə Azərbaycandakı erməniləri deyil, Ermənistandakı azərbaycanlıları da ehtiva edir”, - Qrevtsova qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilərin roluna toxunan Qrevtsova qeyd edib ki, hər bir tərəfin öz maraqları və özəllikləri var. Rusiyadan danışsaq, bu ölkə Ermənistan və Azərbaycanın ən yaxın qonşusudur. Odur ki, bölgədə baş verənlərdən müəyyən dərəcədə asılıdır. İkincisi, Rusiyanın artıq üstünlüyü var, çünki hazırda regionda Rusiya sülhməramlıları yerləşir.
ABŞ və Aİ-nin roluna gəlincə, Qrevtsova qeyd edib ki, onların əsas vəzifəsi Rusiyanı sıxışdırmaqdır: “Bunu fəal şəkildə etməyə çalışırlar. Məsələn, öz təsir dairələrinə daxil və tabe etmək istədikləri Ermənistanın köməyi ilə. Onlar ora avropalı müşahidəçilər göndəriblər ki, Ermənistan haqqında məlumat almaq üçün bütün imkanlardan istifadə etsinlər. Ola bilsin ki, həmin müşahidəçilərin arasında xüsusi xidmət orqanlarının nümayəndələri də var. Onların əsas məqsədi Ermənistanı özlərinə tabe etməkdir. Çox uzaqda olduqları üçün regionda sülh və sabitlik onlar üçün prioritet deyil. Onların vasitəçilik funksiyalarında bu qədər maraqlı olmalarının əsas səbəbi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Ermənistan böyük təzyiq altındadır, ancaq Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq etməyi də arzulayır. Güman etmək olar ki, Paşinyan Rusiyanın burada əsas aktor olmadığını göstərmək üçün Avropa platformasında sülh müqaviləsi imzalayacaq. Lakin Baş nazirin müavinləri, xarici işlər nazirləri və dövlət başçılarının özləri səviyyəsində intensiv danışıqlar, əməkdaşlıqlar məhz Rusiya-Ermənistan-Azərbaycan müstəvisində baş verir”.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam