Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Vətəndaşların 67%-dən çoxu Nikola etibar etmir -"GALLUP"

 
Ermənistan vətəndaşlarının 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir. 
Yenixeber.org: Bunu cümə günü mətbuat konfransında "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.
Onun sözlərinə görə, Nikolun iyulun 25-də olan mətbuat konfransını vətəndaşların cəmi 65%-i izləyib. "Baş nazirin verdiyi cavablara etibar etmək olarmı?" sualını cavablandıran respondentlərin 16,1%-i müsbət cavab verib. 14,5% güvənirəm deyib. Respondentlərin 13,1%-i güvəncinin itməsini, 54,4%-i isə "ümumiyyətlə güvənmirəm” cavabını verib. 1,8% cavab verməkdə çətinlik çəkib.
"Biz görürük ki, insanların 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - Navasardyan ölkədəki rəhbər şəxsə inamsızlıq mühitindən gileylənib.
Ermənistanda siyasi məhbusların olub-olmaması sualını cavablandıran vətəndaşların 47,2%-i var, 3 1,1% -i yoxdur deyib, 22,7% isə cavab verməkdə çətinlik çəkib.
Ermənilərin çoxu Respublika Partiyasından olan Armen Aşotyan , “İctimai səs” partiyasının rəhbəri Artak Qalstyan və Vanadzor şəhərinin meri Mamikon Aslanyanı siyasi məhbus adlandırıb. Navasardyan qeyd edib ki, bu məlumatlar praktiki olaraq iyun ayında keçirilmiş sorğunun detalları ilə üst-üstə düşür.
Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problem sayılır. Əsas narahatlıq kimi 32,4 faiz müharibə təhlükəsini, 30,7 faiz Qarabağ problemini, 30,4 faiz ümumilikdə təhlükəsizliyin, 27,8 faiz sərhədlərin dəqiqləşdirilməsi məsələsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı, məhbusların qaytarılması, hakimiyyətin dəyişməsi və s. aid edilib.
Sorğu keçirənlər Azərbaycanın daxili işinə qarışaraq təxribat xarakterli suallar da veriblər.
Etnik azlıq statusunun Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ sakinləri üçün məqbul olub-olmaması ilə bağlı suala yalnız 1,1% “mütləq məqbuldur” cavabını verib. 2,7% "olduqca məqbuldur", 5,5% - "olduqca qəbuledilməz", 88,8% isə qəti şəkildə qəbuledilməz hesab edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam