Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Ermənistanın baş naziri:"Rus çarına məktub” janrına əl atmağı dayandırmalıyıq”

“İstənilən vəziyyətdə dövlət problemlərini həll edərkən “rus çarına məktub” janrına əl atmağı dayandırmalıyıq”.

Yenixeber.org:  Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məsuliyyət zonasını dəqiq müəyyən etmək lazımdır: “Moskvanın mövqeyində çox dəqiq vurğular var. Diplomatik dildən tərcümədə onlar deyir: 30 illik müstəqillik əldə etmiş ölkəsiniz, müxtəlif məsələlərlə bağlı Moskvaya nə qədər müraciət etmək olar?! Amma biz buna öyrəşmişik. Hətta "rus çarına məktub janrı"mız var. Biz nə vaxta qədər belə yaşaya bilərik?!".

Mövzunu davam etdirən N.Paşinyan bəyan edib ki, bu “janrın” formalaşmasına Qarabağdan olan ermənilər “əhəmiyyətli töhfələr” veriblər. O bildirib ki, bu gün Moskvanın özündə problemlər var. Nə Rusiya, nə də başqa bir ölkə bu problemləri heç kimə ötürməyəcək: “Biz müstəqil dövlət olaraq problemlərimizi ilk növbədə özümüz həll etməli olduğumuzu anlayaraq, püxtələşmə yolunda növbəti addımı atmalıyıq”.

N.Paşinyan qeyd edib ki, o və Qarabağ ayrıca planetdə deyil: “Azərbaycan, o biri regional və qlobal oyunçular var. Onların maraqları var. Biz öz maraqlarımızla onların arasında yer almalıyıq, onlara qarşı çıxmamalıyıq”.

Baş nazir Rusiya Xarici İşlər Nazirliyinin bəyanatının bəzi müddəalarını ədalətli hesab etdiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi İrəvanı Qarabağdakı ermənilərin taleyi ilə bağlı məsuliyyəti üçüncü ölkənin üzərinə atmamağa çağırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam