Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Politoloq:“Azərbaycanla Ukrayna arasında qarşılıqlı əlaqələr strateji səviyyəyə çatır”

“Azərbaycanın Ukraynaya humanitar ehtiyaclar üçün 7,6 milyon dollar məbləğində yeni yardım paketi ayırması təbii ki, həftənin mühüm xəbəri oldu. Bu, Azərbaycan ilə Ukrayna arasında dostluğun və konstruktiv qarşılıqlı fəaliyyətin yeni strateji səviyyəyə yüksəldiyinin göstəricisidir”.

Yenixeber.org: Bunu açıqlamasında ukraynalı politoloq Aleksiy Buryaçenko deyib.

"Azərbaycanın yardımı Ukraynanın enerji şəbəkəsinin sürətləndirilmiş təmiri, yenilənməsi və avtonomlaşdırmasına yönəlib. Heç kimə sirr deyil ki, kütləvi raket zərbələri nəticəsində Ukraynanın bütün enerji generasiyasının 55%-i məhv edilib, bunun da 70%-i istilik generasiyasının payına düşür. Bundan başqa, son istehlakçılar üçün tədarük edilən elektrik şəbəkəsinin təqribən 50%-i məhv edilib", - o qeyd edib.

Buryaçenkonun sözlərinə görə, Azərbaycan xalqı və şəxsən Prezident İlham Əliyev ukraynalılara ilk dəfə deyil ki, dost əlini uzadır: “Genişmiqyaslı işğalın başlamasından sonra Ukrayna Azərbaycandan onlarla ton mühüm və zəruri humanitar yük alıb”.

Politoloq xatırladıb ki, Azərbaycan Ukraynaya sonuncu mühüm yardımı Kaxovka SES-də baş verən partlayışdan sonra göstərib.

"Həmin vaxt Ukraynaya çirkab suların çəkilməsi üçün kollektor kəməri, sualtı nasoslar, motor nasosları, rezin qayıqlar, qoruyucu kostyumlar, xilasedici jiletlər, yay və qış geyimləri göndərilmişdi. Həmçinin, Azərbaycana məxsus SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkəsi ənənəvi olaraq humanitar məqsədlər, ilk növbədə təcili tibbi yardım maşınları üçün yanacaq verir", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam