Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

KİV:“Almaniya və ABŞ Ukraynanın NATO-ya üzvlüyünə mane olur”

“Almaniya və ABŞ Ukraynanın NATO-ya üzvlük üçün rəsmi müraciətinə mane olur".

Yenixeber.org: Bunu “Bild” qəzetinə yüksək vəzifəli rəsmi bildirib.

Mənbənin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçiriləcək sammitdə rəsmi şəkildə ölkəsinin Şimali Atlantika Alyansına qəbul edilməsini xahiş etməyə hazırlaşırdı: “O, bununla da, münaqişənin sona çatmasına ümid edir. Amma bir sıra aparıcı NATO ölkələri, o cümlədən son vaxtlar bu məsələdə eyni mövqedən çıxış edən Almaniya və ABŞ Kiyevin qarşısını almaq istəyir. Bundan əlavə, bu ölkələrin hakimiyyət orqanları digər NATO üzvlərinə onların mövqelərini dəstəkləmək üçün təzyiq göstərirlər”.

Adı açıqlanmayan mənbə əminliklə söyləyib ki, Berlin və Vaşinqton Kiyevin NATO-ya daxil olmasını təxirə salmaqda israrlı olacaq, çünki belə bir addımın Rusiya ilə müharibəyə səbəb ola biləcəyinə inanırlar.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək. Ukrayna Prezidenti V.Zelenski Alyansa üzv ölkələrdən ölkəsinin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.

İsveçin Alyansa üzv qəbul olunması məsələsinə gəldikdə, NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, İsveç NATO-nun Vilnüsdə keçiriləcək sammitində Alyansa üzv qəbul edilməyəcək.

Xatırladaq ki, sammitin iclasından əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam