Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İranla Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumu imzalayıblar

 
İran Polis qüvvələrinin komandanının Rusiyanın təhlükəsizlik və hərbi hakimiyyət orqanları ilə üç günlük görüşündə hər iki ölkədə mühüm dövlət obyektlərinin mühafizəsi və digər məsələlərlə bağlı “təhlükəsizlik və uzunmüddətli” anlaşma əldə olunub.
Yenixeber.org: “TASS” dövlət agentliyi Rusiya Milli qvardiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən belə məlumat yayıb.
Verilən xəbərə görə, İran Polis qüvvələrinin komandanı Əhmədrza Radan qvardiya komandiri Viktor Zolotovla görüşündən sonra “hüquq mühafizəsi, mühüm dövlət obyektlərinin mühafizəsi, terrorizm və ekstremizmə qarşı mübarizə, cinayətlərə qarşı mübarizə tədbirlərinin dəstəklənməsi” sahəsində təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb. Memorandum və onun mümkün icrası haqqında ətraflı məlumat dərc olunmayıb. Radan və Zolotov sözügedən sahələrdə “əməkdaşlıq şərtləri” haqqında fikir mübadiləsi aparıblar.
İslami Təbliğat təşkilatına bağlı “Mehr” agentliyi Əhmədrza Radanın səfər çərçivəsində Rusiya Milli Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev və Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoyla da görüşdüyünü yazıb.
Moskva ilə İran Suriyadakı müharibə fonunda sonra hərbi əməkdaşlığı xeyli dərinləşdirdilər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə İranın pilotsuz kamikadze təyyarələrinin Rusiyaya göndərilməsi ilə bu əməkdaşlıq daha da genişləndirildi.
Ötən il İrandakı etiraz aksiyaları zamanı Ağ evin Ali Milli Təhlükəsizlik şurasının sözçüsü Con Kirbi İran xalqının etirazlarını yatırmaq üçün Rusiyanın Tehranın teokratik rejiminə kömək etməyi və xüsusilə İranın polis və təhlükəsizlik qüvvələrinə “repressiya təlimi” keçməyi planlaşdırdığını bildirdi.
Qeyd edək ki, 2016-cı ildən bəri İranla Rusiyanın polis və təhlükəsizlik əməkdaşlığı da genişlənib. İki ölkənin polis komandirləri isə Tehranda və Moskvada dəfələrlə görüşüblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam