Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“La Figaro”:“Jurnalistlər Fransada baş vermiş iğtişaşların qurbanı olublar”

Fransada Nahel adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan nümayişlərdə çoxlu sayda jurnalist iğtişaşçıların fiziki hücumuna məruz qalıb.

Yenixeber.org:  Bu barədə Fransanın “La Figaro” qəzeti məlumat yayıb.

“Jurnalistlər öz işlərini görmək istədikləri üçün hücuma məruz qalıblar. Bu şənbə günü Nahelin ölümündən sonra baş verən iğtişaşlar zamanı “Le Figaro” qəzetinin redaktor heyətinin iki üzvü daxil olmaqla, azı onlarla jurnalist hücuma məruz qalıb”, - məlumatda qeyd edilib.

Qəzetin izah etdiyi kimi, onlar foto çəkdirdiklərinə və ya orada baş verən hadisələri işıqlandırdıqlarına görə gənc iğtişaşçılardan ibarət qruplar tərəfindən hücuma məruz qalıb, təhqir edilib.

“Le Figaro”nun iki jurnalisti iyunun 30-na keçən gecə Paris ərazisində iğtişaşları işıqlandırarkən hücuma məruz qalıb. Onlardan biri Nanterdə döyülərək qarət edilib. Eyni yerdə başqa bir jurnalistə – “Liberation” jurnalının fotoqrafı Koranten Folenə hücum edilib. Cümə axşamı “Poynt”un fotoqrafı da hücuma məruz qalıb. Qəzetin yazdığına görə, kişi onlarla adam tərəfindən döyülüb.

Bildirilib ki, fiziki hücumlara məruz qalanlar təkcə yerli jurnalistlər olmayıb: “Qətərin “Əl-Cəzirə” telekanalının jurnalisti operatorunun müşayiəti ilə iğtişaşları canlı yayımlayarkən hücuma məruz qalıb. Jurnalistlər zibil qutularının yandırılmasını çəkən zaman ətraflarına bir neçə gənc toplaşıb. Jurnalist döyülüb, operatorun avadanlıqları da götürülüb”.

Bu siyahıda azərbaycanlı jurnalistlər də var. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Televiziyasının (AzTV) çəkiliş qrupuna Paris ətrafında hücum edilib, nəticədə müxbir və operator yüngül xəsarət alıb. Hücum edənlər kameranı operatorun əlindən alıblar. Əməkdaşlar kameranın geri qaytarılmasını tələb etdikdə onlar silahla hədələniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam