Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

ABŞ mətbuatı Ermənistanın sülhə yaratdığı problemlərdən yazdı -TƏFSİLAT

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Erməni ictimai rəyi sülhə maneədirmi?" sərlövhəli məqalə dərc olunub.  

Yenixeber.org: Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd olunub ki, nüfuzlu “Gallup” təşkilatının bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Ermənistan əhalisinin təxminən 82%-i baş nazir Nikol Paşinyanın Qarabağın dağlıq hissəsini Azərbaycan ərazisi kimi tanımaq bəyanatını rədd edir. Ermənilərin təxminən 86%-i Qarabağ ermənilərinin gələcəyini Azərbaycan dövlətinin tərkibində təsəvvür etmir. 

Sözügedən sorğu Beynəlxalq Respublika İnstitutunun 2021-ci ildə analoji sorğu keçirməsindən sonraya təsadüf edir və sonuncuya görə, ermənilərin 35%-i Qarabağın dağlıq hissəsinin müstəqil dövlət kimi tanınmasını, 34%-i Ermənistanın tərkibinə inzibati vahid kimi daxil edilməsini, 16%-i Ermənistanın tərkibində xüsusi statuslu bölgə olmasını, 11%-i isə Rusiyaya birləşdirilməsini münaqişənin məqbul həlli hesab edir. Ermənilərin yalnız 1%-i Azərbaycanla kompromisdən ibarət başqa variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib. Eyni sorğu göstərib ki, ermənilərin 90%-i Azərbaycanla Ermənistan arasında münasibətləri çox pis hesab edir, 77%-i Azərbaycanın onların ölkələri üçün ən böyük siyasi təhlükə olduğu qənaətindədir, yalnız 4%-i hesab edir ki, ölkəmizlə münasibətləri yaxşılaşdırmaq üçün səylər göstərilməlidir. 

Müəllif diqqətə çatdırıb ki, Azərbaycan 2022-ci ildə Ermənistanla sülhün bərqərar olması üçün beş prinsipi müəyyən edərkən İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını təməl şərt kimi irəli sürdüyü halda, əksinə, ermənilərin ölkəmizlə sülh məsələsinə vahid baxışı yoxdur. Əslində baş nazir Nikol Paşinyan güzəştə getməyə hazır olduğunu nümayiş etdirsə də, Ermənistanla Azərbaycan arasında imzalanan istənilən sülh müqaviləsinə erməni diasporunda, bu ölkənin parlamentində və Qarabağ separatçılarının liderləri arasında güclü müqavimət var. 

İsrailli politoloq bu mənada Ermənistan ictimai rəyini iki ölkə arasında sülh müqaviləsinin uğurla bağlanması yolunda əsas manelərdən biri kimi dəyərləndirir. Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinə nail olunması prosesini uğurla başa çatdırmaq üçün Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü tanımaqla kifayətlənməməli, erməni xalqını sülh müqaviləsini dəstəkləməyə təşviq etməlidir, əks təqdirdə, əldə olunacaq sülh uzun sürməyəcək. 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

//foreignpolicyblogs.com/2023/06/20/is-armenian-public-opinion-an-impediment-for-peace/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam