İran:“Vaqner üsyanı Qərb qüvvələrinin meqalayihəsidir”
“Vaqner”in hərbi muzdlularının Rostov şəhərində bəzi hərbi bazalar və dövlət idarələrini ələ keçirməsindən sonra Rusiya hökuməti ilə yanaşı, İranın bir sıra dövlət qurumları və mediası da bu məsələyə münasibət bildirib.
Yenixeber.org: Ən mühüm reaksiyanı İslam respublikasının Ali Milli Təhlükəsizlik şurasının katibliyinə yaxın media orqanı olan “Nornews” nəşri öz Tvitter səhifəsində dərc edib.

- Vaqner qrupunun hərəkətləri Rusiya ordusuna meydan oxumaq üçün lazım olan minimum gücə malik deyil. Amma bu hərəkətlər Rusiyanın Ukrayna müharibəsində iştirakını nəzərə alsaq, dağıdıcı psixoloji təsirlər göstərə bilər” , - Nornews bildirib.
“Vaqner”in komandiri Yevgeni Priqojinin və bu qripu “vətənə xəyanətdə” suçlandıran Rusiya prezidenti Vladimir Putinin, habelə Rusiya rəsmilərinin açıqlamaları İran mətbuatında geniş işıqlandırılıb. KİV-lər, o cümlədən də hökumətə bağlı xəbər agentlikləri bu üsyanı “əhəmiyyətsiz” və “Qərbin istehsalı” kimi təqdim etməyə çalışıblar.
Dövlət radio və televiziya xəbər agentliyi Rusiya məsələləri üzrə ekspertə istinadən bu hadisələrin hələ bir neçə ay əvvəl hazırlandığını iddia edib.
“Rusiyada baş verənlər bir neçə ay əvvəl Qərb qüvvələri tərəfindən hazırlanmış meqalayihədir. Dünən gecə onlar kiberməkandan Rusiya Federasiyasına qarşı psixoloji əməliyyata başlayıblar və hələ də yalan xəbərlər yayırlar ki, Moskvada hərbi rejim var, münaqişə var, çevriliş də olub. Bunlar 100%-i yalandır, vəziyyət tam sakitdir, hətta hərbi qüvvələrin vəziyyəti və hazırlığı normalda olduğu kimidir”, - xəbərdə vurğulanır.
“İsna” xəbər agentliyi də başqa bir “ekspert”ə istinadən “bu hadisələrin uzun sürməyəcəyini və Rusiya hökumətinin onlara son qoyacağını” proqnozlaşdırıb.
Çeçenistan muxtar vilayətinin prezidenti və Putinin müttəfiqlərindən biri Ramzan Kadırovun çeçen əsgərlərinin “Vaqner”çilərin qiyamını yatırmağa hazır olduqları barədə açıqlamaları da İran mediasında geniş şəkildə işıqlandırılıb.