Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

"Respublikalarımızı Volqa və Xəzər birləşdirir" -Tatarıstan Rəisi

"Biz regional səviyyədə də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə veririk". 

Yenixeber.org:  Bunu Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib. 

O, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışından sonra qeyd edib ki, Tatarıstan İlham Əliyevin Rusiya-Azərbaycan dostluq münasibətləri çərçivəsində respublika ilə əməkdaşlığa şəxsi diqqətini yüksək qiymətləndirir: "Bu gözəl ənənələrin əsası Mintimer Şaymiyev və Heydər Əliyevin zamanında onlar tərəfindən qoyulub. 

Ötən il Tatarıstan-Azərbaycan ticarət dövriyyəsi 78% artaraq 125 milyon dolları ötüb. Bu ilin ilk üç ayında qarşılıqlı ticarət dövriyyəsi 16% artaraq 20,5 milyon dollar təşkil edib. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq və kağız məhsulları ixrac edir. Öz növbəsində Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz idxal olunur.

Respublikalarımızı Volqa və Xəzər birləşdirir. Biz Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etməliyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam