Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

ABŞ:İran Fars körfəzində intiharçı PUA sınaqdan keçirib

Neft daşınmaları müstəvisində böyük əhəmiyyət kəsb edən Fars körfəzində Vaşinqtonla Tehran arasında gedən siyasi qarşıdurma səngimir. ABŞ son zamanlar İranı körfəzdə güc nümayiş etdirməkdə günahlandırır.
Yenixeber.org:  İran Fars körfəzindəki təlim hədəfinə (gəmisinə) qarşı intiharçı PUA sınaqdan keçirib. Bu zaman bölgədəki digər gəmilərə xəbərdarlıq olunmadan raket və ya başqa bir PUA ilə atəş açıb. “Reuters” agentliyi bu xəbəri adı açıqlanmayan amerikalı rəsminin məlumatı əsasında yayıb.
“İran silahlı qüvvələri yuxarıda qeyd olunan intiharçı pilotsuz uçan aparatla Cask bölgəsindən Oman dənizində təlim barjasını hədəfə alıb. İranın bu təliminin əsas və yeganə səbəbini Oman körfəzindəki ticarət gəmilərini hədəfə almaq olub. Keçirilən sınaqda ən yaxın ticarət gəmisi İranın təlim hədəfindən cəmi 48 kilometr uzaqlıqda olub və bu da, təhlükəli ola bilərdi”, - məlumatda deyilir.
İran 2019-cu ildən bəri Fars körfəzinin strateji sularında, o cümlədən dünyanın ən mühüm neft və gəmiçilik marşrutlarını əhatə edən ticarət gəmilərinə qarşı çoxsaylı hücumların arxasında durmaqda ittiham olunur. İranın silahlı qüvvələrinin vaxtaşırı intiharçı və ya partlayıcı dronları sınaqdan keçirdiyi təlimlərin görüntüləri isə dövlət televiziyasında yayımlanır.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə sözçüsü Con Kirbi bu il mayın 12-də jurnalistlərlə keçirdiyi brifinqdə İranın son iki ildə beynəlxalq bayraqlı 15 gəminin naviqasiya hüququnu müxtəlif üsullarla, o cümlədən “təqib və ya hücum və müdaxilə” yolu ilə pozduğunu açıqlayıb.
Bölgədə gərginliyin artması ilə eyni vaxtda, ABŞ və Fars körfəzi Əməkdaşlıq şurasına üzv ölkələr təxminən iki həftə əvvəl Ər-Riyad sammitində gəmilərin region sularında hərəkəti ilə bağlı İranın “qanunsuz və təcavüzkar” hərəkətlərinə qarşı durmağın vacibliyini vurğulayıblar.
Amerika rəsmiləri dəfələrlə Vaşinqtonun İranın hərbi tədarük səylərinə qarşı sanksiyaları davam etdirəcəyini bildiriblər. Çünki əks halda Tehranın addımları regionda təhlükəsizliyə və dünyada qeyri-sabitliyə gətirib çıxaracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam