Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Paşinyan pulunu ödədiyi silahları gözləyir,Rusiya isə "vermirəm" deyir

"Rusiyadan Ermənistana silah tədarükü sahəsində yaranmış və yarana biləcək bütün problemləri dialoq yolu ilə həll etmək olar".

Yenixeber.org: Bunu Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Aleksandr Novikov 24News-a müsahibəsində deyib.
Maraqlıdır ki, o, silah alqı-satqısı ilə bağlı yaranmış problem barədə xəbərsiz olduğunu qeyd edib: “Bəlkə də problem var. Məndə bununla bağlı dəqiq məlumat yoxdur. Lakin bəzi ayrıca bağlanmış müqavilələrlə bağlı çətinliklər yaranarsa, bu məsələni ikitərəfli formatda müzakirə etməyin mənası ola bilər. Problem onda deyil ki, bu istiqamətdə əməkdaşlığa xitam verilir. Hansılar ki, bəzi hallarda məlum mövzuda şikayətlər də yaranır. Əminəm ki, aidiyyəti şəxslər, mütəxəssislər dialoq aparıb bu problemi həll edə biləcəklər”.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət öncə "Rusiya tərəfi Ermənistana artıq ödənişini etdiyi silahları göndərmir" demişdi.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da ötən ay parlamentdə jurnalistlərə verdiyi açıqlamada demişdi ki, “Həqiqətən də Ermənistana silah gəlməyib, bunun üçün ödənişlər edilib. Bununla bağlı iş alqı-satqı müqaviləsinin müddəaları əsasında aparılır. Mən buna heç nə əlavə edə bilmərəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam