Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

AZƏRBAYCAN HƏLLEDİCİ ADDIMI ATMAQ ƏRƏFƏSİNDƏDİR – Xankəndindəki separatçılar ya təslim olacaqlar, ya da...

Mayın 25-də Moskvada keçirilmiş Avrasiya İttifaqı Ali Şurasının toplantsında Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması əsasdır, qalan məsələlər “ikinci dərəcəlidir”.

Yenixeber.org: Putinin arxa plana atdığı məsələ əslində Azərbaycan üçün əsas prioritetdir: Kreml rəhbəri regionum özünün təsiri altında qalmasını nəzərdə tutur.  Bu baxımdan Moskva Ermənistanla Azərbaycan arasında tam razılı\ın əldə olunmasında, İrəvanın ərazi iddialarından tam əl çəkməsində, Qarabağ ermənilərini Azərbaycan vətəndaşı kimi tanımasında maraqlı deyi\l. Qalan məsələlərə – sərhədlərin tanınmasına, nəqliyyat dəhlizlərinin açılmasına, hətta bu kontesdə sülh müqaviləsinin bağlanmasına  Kremlin ciddi etirazı yoxdur. Amma iki şərtlə: prosesdə əsas arbitr özü olmalıdır, Vaşinqton və Brüssel bu məsələyə müdaxilə etməməlidir.

Məlum olduğu kimi, Moskvada liderlər arasında keçirilmiş görüş cəmi 20 dəqiqə çəkdi və nəticəsiz başa çatdı. Onlar növbəti formal Moskva bəyanatını imzalamağa belə ehtiyac görmədilər. Mayın 25-dən sonra Putinin qeyri-rəsmi sözçüləri Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivinə daha dəqiq mövqeyini açıqladılar: Moskva heç bir vəchlə Xankəndində də Azərbaycanın suverenliyinin tam təmin olunmasına, bölgədə özünün dominant mövqeyinin itirilməsinə razı deyil.

Rusiyanın bu mövqeyi Ermənistan üçün məqbuldur, Baş nazir Nikol Paşinyan hələ ötən ilin oktyabrında bəyan etmişdi ki, Rusiyanın bütün təkliflərini qəbul edir. İrəvanın mövqeyində bu gün də dəyişən bir şey yoxdur. Amma bölgədə situasiya dəyişib və Azərbaycanın diqtə mövqeyi həm sahədə, həm də diplomatiyada üstünlük qazanıb. Bura Rusiyanın Ukrayna müharibəsi fonunda bölgədə getdikcə zəifləyən mövqelərini də əlavə etsək, Bakının getdikcə duruma hakim olduğu məlum olur. Laçın yolunun girişində dövlət sərhədinə nəzarətin təmin olunması qeyd olunanların parlaq təzahürüdür.

Belə bir şəraitdə Ermənistanın Rusiyanın siyasətinə aktiv dəstək vermək imkanları yoxdur, passiv dəstəyi isə heç nəyi dəyişmir. Paşinyan çalışır ki, Qarabağın kiçik bir hissəsinə sığınan ermənilərlə bağlı mövzunu Bakı-Moskva müstəvisinə transfer edərək, üçtərəfli prosesdən çıxsın. Amma Rusiya həm Xankəndində, həm Ermənistandakı təsir imkanları ilə bunu əngəlləyir. Habelə kilsənin və erməni lobisinin sərt mövqeyi də Paşinyana qəti addımlar atmağa imkan vermir. 

“Qəti addımlar” dedikdə bunlar Xankəndində qalan qanunsuz silahlı dəstələrin tərkibində olan Ermənistan vətəndaşlarının geri çağırılması, separatçılasrla əlaqələrin kəsilməsi və maliyyə yardımının dayandırılmasıdır. İrəvan hələ ki, Xankəndinə sığınan separatçı rejimdən və Rusiyadan qopmağa hazır deyil. Baxmayaraq ki, Paşinyan hökuməti problemdən qurtulub Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq, Rusiyanın hərbi-siyasi nəzarətindən çıxmağa çalışır. Nə qədər qəribə olsa da, bu məsələdə ona ən kəsərli dəstəyi Azərbaycan verə bilər. 

Mayın 28-də Prezident İlham Əliyevin Laçın rayonunda verdiyi bəyanat rəsmi Bakının Xankəndində separatçı rejimi ləğv etməyə qərarlı olduğunu göstərir.

Prezidentin əsas mesajları:

- Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq;

- Yeganə yol Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır;

- Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər...

Prezidentin bu bəyanatı Moskvadan qayıtdıqdan sonra Qarabağa gedərək oradan səsləndirməsi aydın mesajdır: Bakı Putinin təkrarladığı status-kvonu qəbul etmək niyyətində deyil, ölkə ərazisinin kiçik bir hissəsində qalan qanunsuz silahlı dəstələrin, cinayətkar separatçıların varlığı ilə barışmayacaq. Onları ləğv etməkdə qərarlıdır, Rusiyanın mövqeyi onu hədəfindən çəkindirməyəcək.

Yada salaq ki, Azərbaycanın Laçın yolunun girişinə nəzarəti təmin etmək niyyəti Moskvada sərt təpki ilə qarşılanmışdı. Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlərdən sonra bəyan etmişdi ki, Rusiya qəti şəkildə buna qarşıdır. Amma cəmi 2 ay sonra Azərbaycan öz planını həyata keçirdi və Kreml reallıqla barışmağa məcbur qaldı. Eyni zamanda Paşinyan Qarabağ da daxil Azərbaycanın 86.6 min kv.km ərazisini tanıdığını bəyan etməyə məcbur oldu.

Prezidentin bəyanatı Bakının Qarabağda dövlət suverenliyini bərqərar etmək üçün ciddi hazırlıq içərsində olduğunu göstərir. Həlledici addımlardan əvvəl bütün tərəflərə - Rusiyaya, Xankəndindəki separatçı rejimə və Qərbə açıq çağırış edilir. Dövlətə qarşı qiyam qaldırmış şəxslər, onların qurduğu oyuncaq sistem, habelə qanunsuz silahlı dəstələr məhv ediləcək. Onlar və onları himayə edən, yaxud görməzdən gələn qüvvələr seçim etsinlər.  Separatçıların iki yol var: ya təslim, ya da qanuni tədbirlər nəticəsində məhv olmaq.

Azərbaycanın üçün birinci dərəcəli məsələ nə Ermənistanla sülh sazişi, nə də nəqliyyat dəhlizlərini açmaq, sərhədləri dəqiqləşdirmək deyil. İlk növbədə Xankəndində də dövlət suverenliyi tam təmin olunmalıdır. Qalan məsələlər bizim üçün ikinci dərəcəlidir. Putinin bu strateji hədəfi sonrakı mərhələyə qoymaq, ertələmək gücü artıq yoxdur. 

Bu reallığı separatçı erməni başbilənləri və onların havadarları qəbul etsələr, özlərinə böyük yaxşılıq etmiş olacaqlar. Əks halda, günün birində Azərbaycan xüsusi təyinatlılarını başlarının üstündə görəcəklər. O zaman çox gec olacaq...(azpolitika)

E.Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam