Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“O, ARTIQ HEÇ BİR ÇAĞIRIŞA ƏHƏMİYYƏT VERMƏYƏCƏK...” - Ermənilər Ərdoğanın təkrar seçilməsindən narahatdırlar

Türkiyədə başa çatan prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması gözlənildiyi kimi, ermənilərin ümidlərini puç etməklə yanaşı, narahatlıqlarını da xeyli artırıb.

Yenixeber.org: Erməni mətbuatında çıxış edən politoloqların, ayrı-ayrı mütəxəssislərin fikirlərində Türkiyə seçkilərinin nəticəsindən məyusluq açıq-aşkar sezilməkdədir.

Məsələn “news.am”-a danışan erməni türkoloq Andranik İspiryan deyib ki, artıq birinci turdan sonra Ərdoğanın qalib gələcəyi bəlli idi. O, hesab edir ki, Ərdoğanın seçilməsində Azərbaycan kökənli Sinan Oğanın mövqeyi həlledici rol oynayıb. Belə ki, onu dəstəkləyənlər Türkiyədə yaşayan Azərbaycan kökənli vətəndaşlar, yaxud Azərbaycanla bu və ya digər formada əlaqəsi olanlar, ona xüsusi rəğbətlə yanaşanlardır. Onlar isə Oğanın yarışdan çəkilməsindən sonra sözsüz ki, Ərdoğana səs verəcəkdilər: “Belədə onlar Azərbaycana münasibəti o qədər də xoş olmayan Kılıçdaroğluna yox, Ərdoğana səs verməli idilər”.

İspiryan iddia edib ki, bundan sonra Ərdoğanın Ermənistana münasibətdə mövqeyi daha da sərtləşəcək: “Təəssüf ki, Türkiyə bizim ölkəmiz ətrafında baş verən ciddi hadisələrdə böyük rol oynayır... Əgər seçkiyə qədər Ərdoğan Ermənistana münasibətdə təmkinli olmağa və Qərbi öz üzərinə qaldırmamağa çalışırdısa, indi onun belə bir narahatlığı yoxdur və əl-qolu açılıb. Bu, o deməkdir ki, biz ilk növbədə bunları nəzərə almalıyıq. Ərdoğan bundan sonra Qərbin çağırışlarına və nəsihətlərinə əhəmiyyət verməyəcək, ona necə rahatdır, elə də edəcək. Ermənistan bunu nəzərə almalıdır”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam