Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

ABŞ və Çin bəşəriyyətin mövcudluğu üçün təhlükədir -KİSSİNCER

ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer “The Economist” jurnalına müsahibə verib. 

Yenixeber.org: O, ABŞ ilə Çini dünya və bəşəriyyətin mövcudluğu üçün əsas təhlükə adlandırıb, çünki onlar bir-biri ilə münaqişəyə doğru gedirlər. 

Kissincer ümid etdiyini bildirib ki, ABŞ və Çin liderləri arasında görüş baş tutarsa, ABŞ prezidenti deyəcək: “Cənab Çin sədri, indi dünya üçün 2 əsas təhlükə var, ikimiz. O mənada ki, insanlığı məhv etmək qabiliyyətimiz var. Biz razılaşmalıyıq ki, belə bir vəziyyətdən qaçmağa çalışacağıq”. 

Onun fikrincə, Vaşinqtonla Pekin arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir və Birinci Dünya müharibəsindən əvvəlki vəziyyətə bənzəyir. O zaman tərəflərin “siyasi güzəştlər üçün əhəmiyyətli imkanları yox idi və istənilən disbalans fəlakətli nəticələrə səbəb ola bilərdi”. 

Sabiq dövlət katibi hesab edir ki, Tayvan ətrafında mümkün hərbi münaqişə nəticəsində həm adanın özü, həm də mikroprosessorlarla təchizat mənbələrini itirəcək dünya iqtisadiyyatı məhv olacaq. 

“Biz böyük güclər arasında qarşıdurma yolundayıq. Və həyəcanı artıran odur ki, hər bir tərəf özünü digər tərəfin strateji təhlükə törətdiyinə inandırıb”, - Kissincer hesab edir. 

O, hər iki tərəfə daha ehtiyatlı ritorika və məsləhətçilər qruplarının yaradılması ilə Tayvanla bağlı gərginliyi azaltmağa çalışmağı tövsiyə edib. Kissincer vurğulayıb ki, ABŞ hazırkı Çin hakimiyyətinin öz sələflərindən daha radikal olub-olmadığını yoxlamağa və dünyada “tarazlığı saxlamağa” davam etməyə borcludur. 

Diplomat xəbərdarlıq edib ki, Ağ Ev Pekinlə dialoq qurmaq kursunu tutmalıdır, lakin belə yanaşma uğursuz ola bilər: "Buna görə də ABŞ uğursuzluğun nəticələrinin öhdəsindən gələcək qədər hərbi cəhətdən güclü olmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam