Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

"Hüseyniyyun"a yas tutan iranlı jurnalist: -"Dedi ki, bizi güllələsinlər"

Tehranda xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış "Hüseyniyyun" qruplaşmasının rəhbərlərinin həbsi hələ də bəzi iranlıları narahat edir.
Yenixeber.org: Məsələn, İranın tanınmış jurnalistlərindən olan Məhəmməd Mütləq Tvitter hesabında paylaşım edərək yazıb ki, “mən "Hüseyniyun” qruplaşmasının rəhbərləri həbs olunduqları gün məsələdən xəbərdar olmuşdum".
Anti-Azərbaycan mövqeyi ilə seçilən rəsmi “İran” qəzetinin müxbiri olan Mütləq digər maraqlı məsələlərə də toxunub: “Orxan Məmmədov və Tohid İbrahimbəyli həbs olunduqları gün mən məsələdən xəbərdar oldum. “Hüseyniyun” qruplaşmasının funksionerlərindən olan dostumuz (Əkrəm Hacızadə) zəng edib hönkürtü ilə məsələni izah etdi. Təsəlli verməyə çalışdım... Dedi ki, mən özümüz üçün kədərlənmirəm. Ümumiyyətlə bizi güllələsinlər. Qorxuram ki, Qafqaz xalqları İrandan məyus olsunlar”.
 
Xatırladaq ki, bir neçə gün öncə İran parlamentinin deputatı Əhməd Naderi də Tvitterdə “Hüseyniyyun” haqqında diqqət çəkən paylaşım etmişdi. O, radikal qruplaşmanın rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsini təsdiqləmişdi. Deputat həbsin İranın milli maraqlarına zidd olduğunu yazıb. O, bu addımı İranın Azərbaycanla əvvəlki münasibətlərini davam etdirmək üçün atdığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan əleyhinə aktiv fəaliyyəti ilə seçilən “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranın Qum şəhərində həbs olunmaları barədə xəbər yayılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam