Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Separatçılar arasında yeni xaos -Xankəndidə 3 cəbhə formalaşıb

Qarabağ separatçıları ağır sosial- iqtisadi problemlərin ardınca dərin siyasi böhranla üz-üzə qalıblar. Ermənistan mediası Azərbaycanın sərt təzyiqləri fonunda qondarma rejimin uçurumun dibinə yuvarlandığını yazır.
Yenixeber.org: Məsələ ondadır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan separatçılar əvvəllər dağınıq şəkildə fəaliyyət göstərmirdilər. İndi isə vəziyyət 180 dərəcədə dəyişib, yerli ermənilər artıq siyasi xaosun yaşandığının fərqindədilər.
Məsələn, "Joğovurd" yazır ki, hazırda Xankəndidə təhlükəsizlik problemləri ilə yanaşı, daxili siyasi həyat da gərginləşib. Qəzet öz mənbələrinə istinad edərək məlumat yayıb ki, bu günlərdə separatçıların arasında üç siyasi cəbhə formalaşıb. Bunlar Arayik Arutyunyan, Samvel Babayan və Ruben Vardanyanın yaratdığı cəbhələrdir.
Qarabağ separatçıları sosial- iqtisadi problemlərin ardınca dərin siyasi böhranla üz-üzə qalıblar. xəbər verir ki, Ermənistan mediası Azərbaycanın son bir ildə sərt təzyiqləri fonunda qondarma rejimin uçurumun dibinə yuvarlandığını yazır. Məsələ ondadır ki, Rusiya Sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan separatçılar əvvəllər dağınıq şəkildə fəaliyyət göstərmirdilə. İndi vəziyyət dəyişib, yerli ermənilər artıq siyasi xaosun yaşandığının fərqindədilər. Məsələn, "Joğovurd" yazır ki, Xankəndidə indi təhlükəsizlik problemləri ilə yanaşı, daxili siyasi həyat da gərginləşib. Qəzet Xankəndidəki mənbələrinə istinad edərək məlumat yayıb ki, bu günlərdə separatçıların arasında üç cəbhə formalaşıb. Bunlar Arayik Arutyunyan, Samvel Babayan və Ruben Vardanyanın yaratdığı cəbhələrdir.
“Bizdə olan məlumata görə, Vardanyanla Babayan demək olar ki, hər gün müxtəlif siyasi qüvvələr və yerli ermənilərlə görüşürlər. Yəni Qarabağ erməniləri arasında öz mövqelərini gücləndirməyə və özlərinə möhkəm baza yaratmağa çalışırlar", - müəllif yazıb.
Jurnalist daha sonra sual edir ki, hazırda bölgədə yaranmış ekstremal təhlükəsizlik vəziyyətində separatçıların siyasi gərginlik içində olmasının səbəbi nədir. Bu heç yerli ermənilərə də aydın deyil.
"Əldə etdiyimiz məlumata görə, bu məsələdə xüsusən də Samvel Babayan fəal görünür. Bir müddət əvvəl yazmışdıq ki, o, "seçki"yə hazırlanır, qərargah təşkil edir, müxtəlif formatlarda vətəndaşlarla, siyasi dairələrlə görüşür. Bizə onu da bildirdilər ki, Babayan hətta vətəndaşları küçələrə çıxmağa çağırır. Onun Xankəndidə hansısa mühüm mövqe tutmaq arzusu var. Amma Samvel Babayanın Qarabağdakı ambisiyaları ciddi qəbul edilmir. Heç kim Arayik Arutyunyanın onu yenidən hansısa vəzifəyə təyin edəcəyini ehtimal etmir”, - nəşr xaotik durumu şərh edərkən yazıb.
Qeyd edək ki, Samvel Babayan 1994-2000-ci illərdə qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub. Bir neçə aydır ki, erməni mediası Babayanın Xankəndidə mühüm vəzifə tutmağa hazır olduğunu yazır. Qarabağda olan əksər separatçılar isə ona qarşı çıxırlar. Hətta siyasətçilərdən biri "Samvel Nikol Paşinyanın tezislərini gündəmə gətirir” deyib.
Ruben Vardanyan isə ötən il Rusiyadan Xankəndiyə bəlli məqsədlər üçün göndərilmişdi. Onun Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi və nəticədə Vardanyan vəzifədən uzaqlaşdırıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam