Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İranda anti-Azərbaycan isteriyası: xora deputatlar da qoşuldular

       İslam həmrəyliyi müsəlmanlara divan tutulmasında xristianlara yardım etməkdir?

Yenixeber.org: İranda Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı əsəbi isteriya tüğyan edir. Bu dəfə İran parlamentinin 210 deputatı məmurların hayqıran xoruna qoşularaq, aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti “sionist rejimin mərkəzində səfirlik açaraq, öz səfirini saxta rejimə təqdim etməklə İslam dünyasının maraqlarına zidd hərəkət edir”.

Tehranda İslam dünyasının maraqları dedikdə konkret olaraq nə başa düşüldüyünü daha ətraflı bilmək yaxşı olardı. Doğrudanmı müsəlmanlıq Azərbaycanın torpaqlarının işğalında, müsəlmanların qətlində və öz doğma yurdlarından didərgin salınmasında, məscidlərin, qəbiristanlıqların təhqir olunmasında xristian Ermənistana kömək etməkdir?

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad edəndən bəri Bakıya qarşı bu qədər təhdidlər edilib, amma İranın İrəvana qarşı heç bir iddiası yoxdur. Hətta 2020-ci ilin sentyabrında Ermənistan İsraildə səfirliyini rəsmən açanda belə, İranın İrəvandakı səfiri Abbas Zohuri yalnız qeyd edib ki, ölkəsi Ermənistan hakimiyyətinin qərarına hörmət edir.

Amma Azərbaycanın timsalında biz bunun əksini görürük. İran parlamentinin bəyanatında qeyd edilir ki, Azərbaycan hökumətinin bu addımı “bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri qətlə yetirən və onlara zülm edən sionist rejimin şərikləri hesab edəcəklər”. Bununla bağlı İran parlamenti hətta ərəb və islam ölkələrinin hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək Azərbaycanın hərəkətlərini pisləyib.

Ermənistanın İsraildə səfirliyinin açılması məsələsində iranlı deputatlar o qədər də emosional deyildilər. İsraildə Türkiyə, Misir, İordaniya, Türkmənistan, Qazaxıstan və Özbəkistan kimi müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir, lakin İran parlamenti bu dövlətlərin diplomatik nümayəndəliklər açması ilə bağlı heç bir açıqlama verməyib.

İran parlamentinin bəyanatının mətnində gördüyümüz kimi, heç bir spesifiklik yoxdur, ancaq impotent qəzəb fonunda lazımsız emosiyalar var. Bu yaxınlarda İsrailə səfəri zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Fələstinə səfər edib və yerli rəsmilərlə görüşlər keçirib. İran rəsmilərindən fərqli olaraq Fələstin rəsmiləri Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı Bayramova heç bir şikayət etməyiblər. İndi də Fələstin xalqının müdafiəçiləri və qəyyumları kimi imza ataraq, iranlı deputatlar müsəlman dünyasını Azərbaycan hakimiyyətini “sionist rejimin şərikləri” kimi pisləməyə çağırırlar.

Bu məntiqlə Azərbaycan parlamenti də oxşar məntiqdən çıxış edərək, Erməni Apostol Kilsəsinin Tehran Yeparxiyasının Yeparxiya Şurasının dəvəti ilə bu ilin yanvarında separatçıların “ombudsmanı” Qeqam Stepanyanın və erməni deputat Aspram Krpeyanın İrana səfəri ilə bağlı bəyanat qəbul etməli idi.

Onlar yanvarın 27-də Tehrandakı Müqəddəs Sarkis erməni kilsəsinin ərazisində separatçılara dəstək aksiyasında iştirak ediblər və orada erməni millətindən olan İran vətəndaşları iştirak ediblər. Mitinqdə Tehran Yeparxiyasının rəhbəri arxiyepiskop Sepuh Sarkisyan və Qarabağ Yeparxiyasının rəhbəri arxiyepiskop Vrtanes Abramyan da çıxış edib. Mitinqdən sonra Stepanyan və Krpeyan Tehran Arxiyepiskopu tərəfindən qəbul edilib və bu görüşdə İran parlamentinin erməni millətindən olan deputatları iştirak ediblər.

Əgər İran hakimiyyəti artıq hamının qulağını “müsəlman həmrəyliyi” ilə dəng edibsə, onda niyə Tehranda anti-Azərbaycan mitinqin keçirilməsinə icazə verdi? Maraqlıdır ki, elə həmin gün, yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı basqın edilib, istintaqın gedişi barədə hələlik Bakıya məlumat verilməyib.

Bu vəziyyətdə təbii sual yaranır: bu baş verənlər təsadüfdürmü? Amma İran hakimiyyəti çoxsaylı suallara konkret cavab vermək əvəzinə, anti-Azərbaycan isteriyasını qamçılamağa üstünlük verir.(AYNA)

Asif Aydınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam