Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ayətullah Amiliyə cavab:Azərbaycan düşməndən sədaqət gözləyib xəyal qırıqlığına uğrayacaq qədər sadəlövh deyil



 Yenixeber.org: Xatırlayırsnizsa, bir müddət əvvəl Ermənistanın rəsmi dairələrə yaxın analitiki, bir növ siyasi hakimiyyətin sözçüsü Armen İsrailyan Ermənistan İctimai Radiosuna verdiyi açıqlamada ölkəsinin İsraildə səfirlik açmasına Tehrandan yüksələn narazılığa cavab vermiş və olduqca maraqlı iddialar irəli sürmüşdü. Onun iddiasına görə, rəsmi Tehranın buna etiraz etməsi anlaşılan deyil, çünki İrəvan bu addımı atarkən strateji müttəfiqi olan İrandan razılıq alıb. 
Doğrusu, Ermənistanın rəsmi informasiya kanalının farsca nəşrində də dərc olunan bu şok iddiaya dərhal reaksiya verilməməsi bizi təəccübləndirmişdi. Zira bu iddia təkcə İrəvanın “strateji müttəfiqi”ndən icazə alaraq xarici siyasətini müəyyənləşdirməsinin etirafı deyildi, həm də İran-İsrail münasibətlərinə fərqli bir yanaşmanı ortaya qoyurdu. Belə çıxırdı ki, İran öz “strateji müttəfiqinə” rəva bildiyini ortaq dini, mədəni dəyərləri daşıyan, bir sözlə əsl qardaş sayılacaq ölkəyə çox görür. Baxmayaraq ki, Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. İran bizi sadəcə İsraillə ticari münasibətlər qurmaqda ittiham edir.



Ən əsası isə, erməni dərin adamının bu etirafı İranın İsrail düşmənçiliyinin əslində boş ritorikadan başqa bir şey olmadığı ortaya çıxırdı.
Maraqlıdır ki, rəsmi Tehranın gözündən yayınan bu açıqlama saytımızda dərc olunduqdan sonra qardaş ölkənin “Qafqaz Həqiqətləri” İnformasiya Agentliyi də məsələdən hali olub və ölkənin dini rəhbərinin Ərdəbildəki nümayəndəsi və şəhərin imamcüməsi Ayətullah Seyid Həsən Amili həzrətlərinin bu məsələyə münasibətini öyrənib. Hər zaman Azərbaycan həqiqətlərini, bəzən təhrif etməsinə baxmayaraq, səmimi şəkildə dilə gətirən hörmətli Ayətullah Amili həzrətləri isə agentliyə verdiyi açıqlamasında Ermənistanı ağ yuyub, qara sərib. Onun fikrincə, Ermənistanın İsraildə səfirlik açması İran üçün təhlükəlidir və qonşusuna xəyanət etmək deməkdir: “Şübhəsiz, Ermənistanın sionist rejimlə səfirlik açmaq həddində münasibətlərinin genişlənməsisionist rejimin təhlükəsizlik və casusluq təşkilatlarının İran sərhədlərində və qulağının dibində hüzuru deməkdir. Ermənistan sionist rejimin qonşu ölkələrdə hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol vermişdir, İran və müsəlmanların böyük düşməninə, bəşəriyyətin ən çirkin düşməninə Qafqazda hüzur üçün yaşıl işıq yandırmışdır”.



Ərdəbil imam cüməsi həmçinin İran Xarici İşlər Nazirliyini də bu məsələyə laqeyd qalmaqda günahlandırmış və bunu diplomatik uğursuzluq kimi qiymətləndirmişdi: “Belə bir şəraitdə gözlənti odur ki, ölkənin diplomatik aparatı Ermənistanın qərbyönümlü dövlətinə (hökumət nəzərdə tutulur – Red.) etiraz etsin. Əks təqdirdə Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da cürətlənəcək”.
Etiraf edək ki, İranın əsas siyasi iradəsi olan dini rəhbərin nümayəndəsinin bu obyektiv çıxışı hər kəs kimi bizi də sevindirir və belə məlum olur ki, qonşu dövlətin teokratik hakimiyyətinin məsələdən xəbəri yoxmuşölkənin XİN-i faktı gizlədir, “strateji müttəfiqi”nə adekvat cavab vermirmiş. Ümidvarıq ki, İran XİN teokratik iradənin bu iradını nəzərə alacaq və onun icazəsilə hərəkət edən İrəvanın qulağını buracaq. Bunlar öz yerində. Bizə maraqlı gələn isə dəyərli Ayətullahın elə həmin açıqlamasında Azərbaycanın bostanına daş atmasıdır. 



İmam cümə açıqlamasında buyurub ki, Ermənistanın sionist rejimə yaxınlaşması onun Azərbaycan Respublikası ilə təhlükəli bir yarışa başlamasının nəticəsidir: “Azərbaycan Respublikası “İsrail”dən 6 milyard dollarlıq silah almaqla sionist rejiminə böyük xidmət etdi ki, bu vasitə ilə Qarabağı azad etmək üçün həm silah almış olsun, həm də beynəlxalq sionizm lobbisindən istifadə edə bilsin. Baxmayaraq ki, bu silahlardan istifadə etməyin icazəsi böyük dövlətlərin əlindədir. Silah almaq üçün pulu olmayan Ermənistan isə Təl-Əvivdə səfirlik açmaq fikrinə düşmüşdür ki, öz gümanına əsasən, sionist rejiminə yaxın olmaqla həm Qarabağın işğalını təsbit etsin, həm də Azərbaycan Respublikasının aldığı silahlardan istifadə etməsinin qarşısını alsın. Etibarlı xəbərlərə görə, sionist rejimi Azərbaycanın bu silahlardan Ermənistan əleyhinə istifadə etməyəcəyi barədə İrəvana söz vermişdir”.



Amili həzrətlərinin bu etibarlı xəbəri hardan əldə etdiyi bizə aydın deyil. Bizim bildiyimizə görə, İsraillə İranın arasında hər hansı diplomatik və kəşfiyyat əlaqəsi yoxdur, dolayısıyla belə bir informasiya mübadiləsindən də söhbət gedə bilməz. Mümkündür ki, İran xüsusi xidmət orqanları bu cür kəşfiyyat məlumatını ələ keçirsin, amma onu imam cümənin diliylə faş edilməsi nə dərəcədə doğrudur? Bu, məlumat mənbəyini də təhlükəyə atmazmı? Digər tərəfdən, İranın etibarlı mənbələrdən aldığı məlumatları Azərbaycanın müvafiq qurumlarına çatdırmasının hər halda başqa mexanizmi olmalıdır. Məlumatların bu cür hər kəsin eşidəcəyi bir tonda səsləndirilməsi onun məxfiliyini də aradan qaldırır, axı. 
Ən əsası isə, torpağının 20%-i işğal olunmuş Azərbaycana cənab Amili həzrətləri öz ərazi bütövlüyünü bərpa etmək üçün nə təklif edir – gözlərini döyə-döyə susub ermənilərin nə zamansa insafa gəlib Qarabağdan çıxmasınımı? Axı Ayətullah həzrətlərinin özü də dəfələrlə səsləndirdiyi xütbələrində Qarabağ probleminin ancaq müharibə yolu ilə həll ediləcəyini bildirib. Müharibə edəcəyiksə, deməli silah almalıyıq. Bəs onu kimdən alaq – İrandanmı? O İrandan ki, İraqı İŞİD zülmündən qurtarmaq üçün Həşdi-Şabini silahdırdı və həqiqətən də bu ölkədə təkfirçi xilafətə son qoydu. Amma indi İraq xalqı Həşdi Şabi zülmünə qarşı dirənir. Görünür, Azərbaycan hakimiyyəti də “gözü çıxmış” iraqlı qardaşlarını görüb torpağımızın 20%-ni işğaldan azad etmək bahasına tamamını eyni təhlükəyə atmaq istəmir. Sonra Hüseyniyunçularlamı uğraşmamaq xətrinə.



Yoxsa müharibə aparmaq üçün bizə lazım olan silahı Rusiyadanmı almalıyıq? O Rusiyadan ki, bizə ikiqat qiymətinə satdığı silahların ikiqat güclüsünü ermənilərə peykəş çəkir. Dolayısıyla Azərbaycan xalqının puluyla həm öz özümüz silahlanırıq, həm də Ermənistan. Qazanan isə Rusiyanın silah sənayesi olur.
Üstəlik, heç bir ordu özünü yalnız bir dövlətin silahı ilə təchiz etmir. Hərbi arsenalını dünyanın ən müasir silahları ilə gücləndirir və ya özünün hərbi sənaye komleksini qurur. Müstəqilliyinin 30 ilini belə tamamlamamış bir dövlətin, sözsüz ki, bu gün müdafiəsi üçün tələb olunan silahların hamısını istehsal edəcək gücü yoxdur və bütün dövlətlər kimi həmin silahları hardansa almalıdır. İranın bu mənada özüylə Azərbaycanı müqayisə etməsi qətiyyən doğru görünmür. Zira İran İslam Respublikası hərbi qüdrəti baxımından bir zamanlar “Yaxın Şərqin Amerikası” adlanan dövlət üzərində inşa olunub. Biz isə müstəqlilliyimizə qovuşanda sovet imperiyası əhalidən ov tüfənglərini belə toplamış, ölkəmizi əliyalın buraxmışdı. Bir tərəfdən isə erməniləri silalandırıb torpaqlarımızın işğalına həvəsləndirirdi. Azərbaycan xalqı dişiylə, dırnağı ilə döyüşə-döyüşə öz dövlətini qurub və indi onun müdafiə gücünü artırır. İsrail isə, sevsək də, sevməsək də, dünyanın ən yaxşı silah istehsalçılarındandır və ondan silah almaq Azərbaycanın milli maraqlarına uyğundur. Bizim onunla hərbi əməkdaşlığımızın yeganə səbəbi də məhz bu maraqdan irəli gəlir, yaxın qonşulara, xüsusilə də qardaş ölkə olan İrana qarşı yönəlməyib.



O ki qaldı cənab Amilini narahat edən “silahlardan istifadəyə izn verilməyəcək” narahatlığına, vətənpərvərliyinə şübhə etmədiyimiz imam cüməyə bir aforizmi xatırlatmaq istərdik: “Silah varsa, o bir gün mütləq açılacaq”. Nə vaxt? - bunu artıq Əlahəzrət Zaman göstərəcək. Unudulmamalıdır ki, müharibələr yalnız silahlarla qazanılmır. Bir çox hallarda uyğun zaman ən ciddi silahlardan belə daha təsirli olur. Zamanı gözləmək, ən uyğun silahlardan istifadə edib qələbəyə nail olmaq qorxaqlıq və ya problemə biganəlik yox, hərbi taktikadır. Silahına güvənib hər şeyi hərbi qüdrətilə həll edəcəyini düşünənlər əksər hallarda məğlubiyyətə uğrayırlar və bunu Ayətullah Amili həzrətlərinin özü də yaxşı bilir. Ən azı ona görə ki, İranın 2006-cı ildə Livanda 33 gün davam edən müharibə təcrübəsi var. Hansı ki, həmin müharibədə İsrail Beyrutun altını üstünə çevirsə də, Hizbullaha qələbə çala bilməmişdi. Amma bu müharibə Livan üçün Pirus savaşı idi. Ən azı ona görə ki, Livan savaşın dağıntıları sayəsində hələ də özünə gələ bilməyib. Məsələyə bu baxımdan yanaşanda 2006-cı ilin 33 günlük müharibəsi İsrail üçün də, Hizbullah üçün də zamanı gəlməmiş döyüş kimi qiymətləndirilə bilər.
Sözsüz ki, Azərbaycan da hətta ən yaxın qardaş dövlətlərin belə Ermənistanı müdafiə etdiyi bir zamanda Pirus savaşı qazanmaq istəmir və mütləq qələbəni gətirəcək döyüşə hazırlaşır. Bu döyüş o zaman olacaq ki, istər şimal, istərsə də cənub qonşularımızı Qarabağda öz qarşımızda görməyəcəyik. Ayətullah Amili həzrətlərinin də bu işdə bizə böyük dəstəyi olacağına ümid edirik. Hər halda onun cənubdan gələcək təhlükəni zərərsizləşdirmək iqtidarında olduğuna inanırıq.



 Nə yazıq ki, bu qədər qüdrəti olan cənab ayətullah gücünün fərqində deyil və Ermənistanın İsraildə səfirlik açmasında Azərbaycana qarşı “xəyanət” izləri axtararır. “Sionist rejimi Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bir tərəfdən özünün böyük arzusuna çatmış, digər tərəfdən də Azərbaycan Respublikasına qarşı böyük xəyanət etmiş oldu”,-deyən Amili həzrətlərinin bu sözləri də fikrimizi təsdiqləyir.
Doğrusu, Ayətullah həzrətlərinin Ermənistanın İsraildə səfirlik açmasında niyə məhz İsraili günahlandırması bizə aydın deyil. Axı səfirliyini açan Ermənistandır. Məntiqlə günahlandırılacaq tərəf də İsrail yox, Ermənistan olmalıdır. Axı hansı dövlət başqa dövlətə deyə bilər ki, məndə öz səfirliyini açma? Biz İsraildən silah aldığımıza görə, hər halda Təl-əvivdən bu absurd hərəkəti gözləyə bilmərik. Necə ki, tarix boyu eyni dövlətin və mədəniyyətin iki ayrı parçası olduğumuz, dolayısıyla bizə 10 köynək daha yaxın mövqedə bulunan İrandan belə bir təmənnamiz yoxdur.



Əgər Amili həzrətləri burdakı xəyanəti Ermənistanda görürsə - nə olsun ermənilərlə düşmənik - biz bu yanaşmanı da doğru qəbul etmirik. Nədən ki, xəyanəti sədaqət gözlədiyin tərəfdə axtararsan. Ermənistandan isə biz heç vaxt sədaqət gözləməmişik. Çünki bu dövlət yarandığı ilk gündən etibarən Azərbaycan torpaqları üzərində və ona düşmən xislətində qurulub. Düşməndən sədaqət gözləyib, sonra xəyanətlə üzləşərək xəyal qırıqlığına uğrayanlar isə ancaq İran kimi sadəlövhlər olurlar.
Məsələ burasındadır ki, Ermənistan təkcə bizim yox, həm də İranın Rusiya tərəfindən zəbt edilmiş tarixi ərazilərində yaradılıb və məntiqlə, bu əraziləri özününküləşdirənlər cənub qonşumuzun da təbii düşməni sayılırlar. İran isə nədənsə ona düşmən kimi yox, strateji müttəfiq kimi yanaşır. Hətta ermənilərə İran ərazisində həm də şiə müsəlmanlarının matəm günlərində olimpiadalar keçirməyə, şadyanalıq etməyə belə icazə verir. 



Bütün bunlara baxmayaraq, Səhl Sumbat törəmələrinin İrana qarşı etdikləri xəyanətin rəsmi Tehranda olmasa belə, onun Ərdəbil nümayəndəliyində axır ki sezilməsi müsbət haldır və ümid edirik ki, qardaş ölkənin əsl həqiqətlərin fərqinə varmasına, “erməniylə dostluq et, amma çomağı da əlindən qoyma” zərurətini anlamasına kömək edəcək.(ovqat.com)
Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam