Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qatı düşmənlərin müttəfiqliyi –Bir-birini nüvə raketi ilə hədələyirlər, Qarabağda eyni mövqedədirlər

Son 35 ilin ən paradoksal beynəlxalq hadisəsi budur: bir-biri ilə çəkişmədə, intriqada olan, bir-birini həzm etməyən, bir-birinə çoxşaxəli sanksiyalar tətbiq edən, hazırda da bir-birini nüvə zərbəsi ilə hədələyən iki dövlət (ABŞ və Rusiyanın) gəlib-gəlib Qarabağ məsələsində müttəfiq olub...

Yenixeber.org: Hələ bu iki dövlətin ikisindən də zəhləsi gedən, ikisinin də imperiya ambisiyasına qarşı çıxan daha bir ölkə də var və o da bu müttəfiqlik büsatında yer alıb. Bu dövlət də Fransadır.

Onların hər üçü 30 ildən artıqdır ki, separatçı ermənilərin tərəfindədir.

Bu xüsusda dəyişən şey bircə odur ki, qatı ermənipərəst mövqe tutmaq işində birincilik artıq başqa dövlətə keçib. Əvvəllər Rusiya birmənalı olaraq Ermənistanın 1 nömrəli dəstəkçisi idisə, hazırda isə Fransa öndədir. Arada ABŞ təşəbbüsə yiyələnəcəkmiş kimi görünür, amma fransızlar ona şans vermirlər. Rusiya artıq üçüncü yerə sıxışdırılıb.

Daha bir paradoksal olay da budur ki, bu ermənipərəst müttəfiqlər qrupuna daha bir dövlət də qoşulub. İranın son iki ildə yeritdiyi siyasət göstərir ki, qrupun dördüncüsü olmaq üzrədir. Bu dövlət ABŞ-la, Avropa ilə qatı düşmənçilik xətti aparsa da, Rusiya ilə çox əsrlik və gizli intriqanın içində olsa da, erməni məsələsində o da düşmənlərinin cərgəsindədir.

İranın tutumu daha qəribədir. Digər üç dövlətin erməni sevgisinin sırf xristianlıq təəssübkeşliyinə görə olması çoxdan bəllidir. Özlərini dünyaya mömin xalq, xristian mədəniyyətinin ardıcıl davamçısı kimi göstərən ermənilər artıq ona nail olub ki, Avropanın güclü dövlətləri bu “kiçik, məzlum, daima əzilən xaçpərəst qardaşlar”ın himayədarı olmağı özlərinə borc bilirlər. Müsəlman-şiə etiqadlı İran isə bu qazanda nə bişdiyini bilməyə-bilməyə süfrəyə can atır, guya ki, bunu onun dövlətçilik maraqları tələb edir.

Uzun illər ölkəmizdəki politoloqlar və jurnalistlər yazanda ki, ABŞ, Rusiya, Fransa və digər Avropa dövlətlərinin Qarabağ məsələsində tutduqları mövqedə üstün rolu dini təəssübkeşlik oynayır, qərbpərəstlər bu mülahizəni qətiyyətlə inkar edirdilər. Ancaq sonra yavaş-yavaş başqa hadisələr oldu, uzun çəkən proseslər getdi, hər yeni bir hadisə məhək daşı, lakmus kağızı rolu oynadı və obyektiv adamlar üçün aydın mənzərə yarandı.

Məsələn, ermənilərin Qarabağda ikinci dövlət qurması üçün dirəşən, bunu “millətlərin öz müqəddəratını həll etmək” hüququyla əsaslandıran Avropa dövlətləri eyni hüququ 49 ildir müstəqil dövlətdə yaşayan Kipr türklərinə tanımadılar. Hətta Avropa dövlətlərinin və təşkilatlarının bayrağı altında Kiprdəki hər iki dövlətdə referendum keçirildi və türklər birgəyaşayışa “hə”, yunanlar “yox” dedilər. Təkcə bu fakt kifayət edirdi ki, Avropa Şimali Kiprin müstəqilliyini tanısın. Öncədən elə bir vəd də verilmişdi. Amma avropalılar bunu etmədilər. Çünki bu, bir xristian ölkəyə zərbə demək olacaqdı.
İspaniyadan dinc yolla, dava-şavasız, xalqın iradəsi ilə ayrılmaq istəyən Kataloniyanın başına da eyni olay gəldi. Avropa dövlətləri katalonların öz müqəddaratını təyinetmə hüququnu tanımadılar. Halbuki qədim Avropa xalqı olan katalonların sayı 10 milyon civarındadır və dövlət təsisatları yoxdur. Qafqazda ermənilərin sayı 3 milyon olduğu halda iki dövlətləri ola bilər, amma 10 milyonluq katalonların 1 dövləti ola bilməz? Bu necə ədalətdir?

Bu, ona görə belədir ki, Kataloniya qatı katolisizmin ocaqlarından biri olan İspaniyadan ayrılmaq istəyir, hansısa müsəlman dövlətindən ayrılmaq istəsə, vəziyyət və ona münasibət radikal şəkildə dəyişərdi.

ABŞ və Avropa dövlətlərinin milli separatçılığa münasibəti, bax, bu cür mütəhərrikdir, qarşıdakı dövlətə görə dəyişir. Türkiyə, İraq, Suriya və İranda yaşayan və öz milli dövlətlərini qurmaq istəyən kürdlərə hər cür dəstək (hərbi, siyasi, maddi) verilməsi bu üzdəndir. Kürdlər hansısa bir xristian ölkəsində eyni arzuya düşsələr qarşılarında ABŞ-ı, Avropanı görərdilər.

Düzdür, ortada bir Kosova müstəsnalığı da var. Müsəlman Kosovo xalqının Serbiyadan müstəqillik əldə etməsinə məhz Avropa yardımçı oldu. Amma bu serblərin həyata keçirdiyi müdhiş genosid aktından sonra baş verdi və Rusiyanın zəif vaxtına düşdü.

Biz belə bir dünyada yaşayırıq və öz mövcudluğumuz, ərazi bütövlüyümüz uğrunda çarpışırıq.

30 il boyunca böyük dövlətlərdən, beynəlxalq təşkilatlardan ədalət gözlədik, olmadı. Rəcəb Tayyib Ərdoğanın sözü olmasın, öz göbəyimizi özümüz kəsəsi olduq. Bu 30 ildə BMT-nin 4 qətnaməsini saya salmayan Ermənistan və onun havadarları hazırda büynəlxalq təşkilatlarda əleyhimizə ard-arda qətnamələr qəbul etdirirlər.

Biz hələ öz torpaqlarımızı geri alırıq, bunlar belə həşirdədirlər, görün, ermənilər kimi aqressorluq etsək, Ermənistanın 7 rayonunu Ağdamın, Füzulinin gününə salsaq, nə edərdilər?

Yeri gəlmişkən, daşı-daş üstündə qoyulmamış, toplamda 100 milyard dollarlıq ziyana uğradılmış Qarabağ mahalına görə ölkəmizə təzminat verilməlidir, heç görün, bu barədə söz gedirmi? Ermənistan bu qədər böyük maddi ziyanın cavabdehi qismində tanınırmı? Tanınmır və tanınmayacaq. Beynəlxalq məhkəmələrə müraciətlərimiz havada qalacaq.

Ona görə də uzun illər təkrarladığımız bir fikri yenidən təkrarlamaqda fayda var: Güclü və qətiyyətli olmalıyıq, özümüzü heç bir dövlətin mərhəmətinə, insafına və ədalətinə təslim etməməliyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam