Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Yeni təxribata hazır olmalıyıq, İran ciddi iş aparır -ŞOK XƏBƏRDARLIQ

 

“Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır”.

Yenixeber.org: Bu fikirlər deputat Ceyhun Məmmədova məxsusdur. Deputatın sözlərinə görə, təxribatlar məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır.

C.Məmmədov daha çox din və təhlükəsziliklə bağlı məsələlərə diqqət çəkib:

1643307148870.jpg (93 KB)

“Bu gün İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarının daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub. Əvvəl də qeyd etmişdim Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycanın hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlanıdırlırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı.

Bu gün İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir: bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur. Əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər. Onun elektaratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər”. Deputat “biz nə etməliyik?”-sualına cavabında bildirib: “Dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik. Ən qısa müddətdə Məşədi Dadaş məscidinə mötədil mövqeyə malik nüfuzlu şiə din xadimi təyin etməliyik. Eyni zamanda, bu prosesi Bakıda və bölgələrdə fəaliyyət göstərən digər şiə məscidlərində də sürətləndirməliyik. Əks halda, sonrakı günlərdə prosesləri idarə etmək çox çətin olacaq. Hazırkı məqamda hadisələri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq çox önəmlidir.

Onu da qeyd etmək lazımdır ki, buna paralel olaraq İran Azərbaycanla bağlı hədəflərinə nail olmaq üçün bir neçə istiqamətdə də ciddi iş aparır. Yeni planlardan biri də daxildə sabitliyi pozmaq və Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif yerlərdə ardıcıl terror hadisələri törətməkdir. İran uzun illər ərzində ölkə ərazisində çoxlu minalar basdırıb. Bu prosesə hüquq mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır. Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərləşdirilməlidir”. (Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam