Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİ DAHA QAPADILMAYACAQ...” –“Azərbaycana təhlükəsi yoxdur”

Yenixeber.org: 1988-ci ildə Ermənistanda zəlzələ olanda Türkiyə eyni marşrutla qonşu ölkəyə humanitar yardım göndərmişdi. 

30 ildən sonra Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana təhlükə yaradırmı?

Politoloq Elxan Şahinoğlu xatırladır ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. “Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla, sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq”, - təhlilçi əlavə edib.

Ekspertin sözlərinə görə, sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. E.Şahinoğlu bildirir ki, Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. “Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək faydalıdır. Digər tərəfdən, Ermənistan öz məhsullarını Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur, - o vurğulayıb.

Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi?

Politoloq bildirir ki, bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq və regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. “Zəngəzur dəhlizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq”, - təhlilçi qeyd edib. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam