Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qarabağ bir gün belə Azərbaycanın tərkibində olmayıb: “Caliber”in təhlili -VİDEO

 

Ötən ilin oktyabrında Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri dördtərəfli bəyanat imzaladılar və bununla Bakı ilə İrəvan BMT Nizamnaməsi və ən əsası, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sülh müqaviləsini imzalamaq barədə üzərlərinə öhdəlik götürdülər.

Yenixeber.org: Elə həmin Alma-Ata Bəyannaməsinə daha sonra Soçidə bir də müraciət olunaraq üçtərəfli bəyanat imzalandı. Bu iki hadisədən sonra ermənilər keçmiş DQMV-nin birtərəfli qaydada müstəqillik elan etməsi, həm də həmin ilin dekabrın 10-da keçirilən qondarma referendumun qanuniliyi ilə bağlı müzakirələri yenidən qızışdırdılar.

Erməni rəvayətinin mahiyyətini iki cümlə ilə ifadə etsək, təqribən belə səslənəcək: guya “Dağlıq Qarabağ” “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun müddəalarına uyğun olaraq Azərbaycandan çıxdı və Alm-Ata müqaviləsi imzalananda o, guya Azərbaycanın tərkibində deyildi, bu səbəbdən “Dağlıq Qarabağ” bir gün belə, müstəqil Azərbaycanın tərkibində olmayıb...

Dərhal ritorik sual yaranır: əgər “Dağlıq Qarabağ” Ermənistan tərəfinin iddia etdiyi kimi, qanuna uyğun olaraq Azərbaycan SSR-dən çıxıbsa, onda onun nümayəndə heyəti niyə Alma-Atada olmayıb və orada ümumiyyətlə heç bir formada təmsil olunmayıb?..

Ətraflı “Caliber” “YouTube” layihəsinin növbəti süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam