Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Avropadan Azərbaycanın qaz strategiyasına təhdid xəbərdarlığı

 

Qərb nəşrləri yazır ki, İran və dələduz Vardanyan ölkənin Avropaya enerji təchizatı üçün əsas təhlükədir - şərh

Yenixeber.org: Avropa Birliyi təbii qaz idxalında Rusiyadan asılılığı mümkün qədər azaltmağa çalışır. Buna görə də qaz tədarükünü maksimum şaxələndirmək istiqamətində işlər görür.

Ötən həftə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində toplantı olması, tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı bu prosesin əhəmiyyətli hissəsi idi. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunublar. Uzunluğu 3500 kilometr olan bu qaz kəməri üç hissəyə ayrılır - Cənubi Qafqaz, Trans-Anadolu və Trans- Adriatik. Prezident İlham Əliyev toplantıdakı çıxışında deyib ki, təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Bu il isə  24,5 milyard kubmetr olması gözlənilir.

“Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək”, - deyə prezident bildirib. Dövlət başçısı davamlı dəstəyinə və rəhbərliyinə görə Avropa Komissiyasına xüsusi təşəkkürünü bildirib: “Həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürümü bildirmək istərdim. Çünki onlar təşəbbüsümüzü davamlı dəstəkləyib, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin ediblər”.

Məlumdur ki, Azərbaycanın bu sahədə uğurunu qısqanclıq altına alanlar da var. Təsadüfi deyil ki, nüfuzlu “Forbes” nəşrində Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində Azərbaycanın mühüm rolundan, eləcə də Azərbaycandan enerji ehtiyatlarının tədarükünə təhlükə yarada biləcək amillərdən bəhs edən məqalə dərc olunub. Məqalədə müəllif erməni əsilli qaçaq rusiyalı milyarder Ruben Vardanyanı regionda sabitliyi pozan amil hesab edir ki, bu da Azərbaycan qazının Avropaya nəqlinə təhlükə yarada bilər. Məqalədə deyilir ki, Vardanyan Azərbaycana məxsus qızıl, mis və molibden mədənlərini talayır.

“Jamestown Foundation” fondunun baş əməkdaşı Yanuş Buqayski isə “The Hill”də yazıb ki, Vardanyan saxta rəqəmlərlə sabitliyi pozmağa və vəziyyəti manipulyasiya etməyə çalışır. Qeyd olunub ki, İran Azərbaycanın Avropaya enerji təchizatı üçün əsas təhlükələrdən biridir. “Tehranın Azərbaycanla öz problemləri var. Birincisi, İran Azərbaycanla İsrail arasında sıx diplomatik münasibətlərin olmasını qəbul edə bilmir. Bundan əlavə, "Jamestown Foundation" fondunun payızda dərc etdiyi təhlilə əsasən, Tehran İran və Ermənistanı birləşdirən ərazidən keçəcək Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Ötən həftə İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycana “videoxəbərdarlıq” - İran bayraqları ilə sərhəddə dayanan hərbi geyimli uşaqların videogörüntüsünü yayıb", - deyə materialda bildirilib. Məqalədə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından da bəhs edilir. Bir sözlə, deyə bilərik ki, Qərb mediası artıq Azərbaycanı “görməyə” başlayıb. Eləcə də Vardanyanın timsalında Qarabağdakı separatçı rejimin gerçək mahiyyəti və haraya bağlı olması Qərb üçün su üzünə çıxıb.

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli

Qərb nəşrlərində iki detalı şərh edən professor Qabil Hüseynlinin bildirdiyinə görə, Avropa mətbuatında tez-tez bu mövzularda danışılmağa başlanıb. Q.Hüseynlinin fikrincə, Avropa mediasında Qarabağdakı separatizmi, Rusiyanın göndərdiyi dələduz Vardanyanı və ölkəmizə qarşı bütün “qırmızı xətləri” keçən İranı Azərbaycanın neft-qaz strategiyasına təhlükə kimi görürlər. Politoloq hesab edir ki, Azərbaycan bu risklərin qarşısını almaq gücünə qadirdir, sadəcə, əl-qolumuzu bağlayan elə Qərbdən gələn əsassız tənqidlərdir. “İrana münasibətdə hansı vəziyyətdə olduğumuzu nəzərə alıb Tehranı pisləmirlər. Ancaq Qarabağda dini abidələri məhv edən ermənilər olduğu halda Avropa Parlamenti əleyhimizə qətnamələr çıxarır. Amma biz Avropaya enerji daşıyırıq. Bütün potensialı - neft, qaz və elektriki Avropa ölkələrinə vermək imkanına malik bir ölkəyik. Hazırda Yunanıstan, İtaliyanın 80 faizi, Albaniya bütövlükdə, Bolqarıstan 30-40 faiz qaz tələbatını bizimlə ödəyir, Serbiya, Rumıniya və Macarıstana da qaz tədarükü aktuallaşıb, üstəlik, bu ölkələrlə strateji tərəfdaşlıq mövcuddur. Ümumiyyətlə, 10 Avropa dövləti ilə strateji tərəfdaşlığımız var və bu, təsəlliverici haldır”, - deyə Q.Hüseynli qeyd etdi. Onun sözlərinə görə, bu ölkələr Azərbaycanın yanında olmalı, dəstək verməlidirlər: “Yaxın iki il ərzində Avropaya nəql edəcəyimiz qazı 2,5 milyard kub artırmaq niyyətindəyik, yaşıl enerjini də tərəfdaş ölkələrə çatdırmaq nəzərdə tutulur. Bu baxımdan, Qərb bizə təhlükələrin haradan qaynaqlandığını "dörd gözlü" görməlidir".

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun fikrincə, erməni separatçılarının Rusiyadan Xankəndinə “ixrac edilən yeni lideri” Ruben Vardanyan yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi “artsax” mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır: “Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb. Həqiqətən Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, "blokada mövzusuna" çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir. Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır. Bunun iki səbəbi var".

E.Şahinoğlu hesab edir ki, birincisi, beynəlxalq aləmin diqqətini məşğul edən başqa mövzular var: “Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin "yolu açın" çağırışları eşidilmədiyinə görə eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər. İkincisi, ilk günlər “Artsax blokadadır” yalanına inananlar real vəziyyəti görməyə başlayıblar. Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır, nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa, “blokada” nağıllarına inananların sayı azalır. Bu iki amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir. Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, “Laçın blokadadır” yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz".

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın fikrincə, Qərb mediasının iki təhlükəni görməsi müsbət haldır: “Ən azı bizə qərəzli mövqe nümayiş etdirən Avropa təsisatları, Qərb təşkilatları və bəzi dövlətlər anlasınlar ki, biz hansı coğrafiyada yerləşirik. Əslində yaxşı dərk edirlər, amma maraqlarına xidmət etməyəndə dilə gətirmirlər. Avropa nəşrləri indi Qərb ictimaiyyətini məlumatlandıra bilər ki, bizi qazla təmin edəcək xoşniyyətli bir Azərbaycan var və onun qarşısında ciddi əngəllər yaranıb. Əgər biz həmin maneələri aşmasını və Avropaya qaz nəqli tədarükünün həcmini artırmasını istəyiriksə, mürəkkəb bir coğrafiyada yerləşən Azərbaycanı dəstəkləməliyik. Dəstəkləməliyik ki, İranın təhdidləri və Rusiyanın Qarabağdakı addımları qarşısında duruş gətirə bilsin. Çünki Azərbaycan "əlini daşın altına qoyaraq" Rusiyanın gözü qarşısında Avropanın qaz asılılığının azalmasına yardım edir. Halbuki Putin Ukraynada qələbəyə həm də qaz sabotajı ilə ümid bəsləyirdi. İkinci amil isə Rusiyanı dronla təmin edən İrandır ki,  səfirliyimizə terror təşkil elədilər. Tehran Zəngəzur koridoruna qarşı çıxır, Avropa şimal və cənub problemlərimizi lupa ilə görməli deyil, məsələlərə obyektiv baxmalıdır".“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam