Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin əks nəticə verən ATƏŞKƏS TAKTİKASI -Qərb hərəkətə keçdi, Belarus isə...


Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən elan edilən Ukraynada 36 saatlıq birtərəfli atəşkəs dünən saat 12:00-dan etibarən qüvvəyə minib. Bütün cəbhə xəttində qüvvəyə minən atəşkəs yanvarın 8-dək davam edəcək.

Yenixeber.org: Pravoslavların Milad bayramını qeyd edə bilməsi üçün bu addımı atan Rusiya Ukraynanı atəşkəsə qoşulmağa dəvət edib. Lakin Kiyev bu tələbi rədd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski Putinin heç bir insani dəyərə hörmət etmədiyini, din pərdəsi arxasında gizlənərək Ukraynanı sülh istəməyən tərəf kimi göstərməyə çalışdığını bildirib:

“Biz müharibədə daha çox qan tökməmək üçün 12 dekabr 2022-ci ildə sülh planı ilə bağlı 10 maddədən ibarət təklifləri Rusiya tərəfinə təqdim etdik. Planın həlledici bəndi Putinin fevralın 24-də Ukraynaya göndərdiyi ilhaqçı orduları yeni ilə qədər geri çəkməsi idi. Əgər Rusiya sülh istəyirdisə, atəşkəs əvəzinə bu təklifi həyata keçirməli idi. Lakin Kreml Ukraynadan çəkilməyəcəklərini rəsmən bəyan etməklə sülh tərəfdarı olmadıqlarını nümayiş etdirdi".

63b8a2174e3fe11bf8a14a2e.jpg (162 KB)

Ukrayna administrasiyası və Qərb dövlətləri Rusiyanın atəşkəs təşəbbüsünü sülhlə heç bir əlaqəsi olmayan taktiki addım kimi qiymətləndirie. Rusiyanın bir nömrəli müttəfiqi Belarus Respublikası ərazisində isə yeni hərbi aktivlik müşahidə olunub.

Rusiyadan yola düşən onlarla hərbi maşından ibarət karvan Belarus ərazisinə çatıb. Belarus Prezidenti Aleksandr Lukaşenko 230-cu Hərbi Təlim Sahəsində Rusiyadan gələn yeni qoşunları qarşılayıb.

 “Biz birgə müdafiə ordumuzun gücünü artırmağa davam edirik. Lazım olanda Rusiya ilə qurduğumuz ittifaq dövlətini müdafiə etməyə hazırıq” - Lukaşenko bəyan edib.

ABŞ tərəfindən də Rusiyanın 36 saatlıq atəşkəs elanı ilə müharibəni dayandırmaq niyyətində olmadığı ifadə edilib.

63b8a24a4e3fe11bf8a14a33.jpg (137 KB)

Müharibənin yumşalma nöqtəsinə çatmadığını, əksinə, ən kritik mərhələyə yüksəldiyini vurğulayan ABŞ prezidenti Co Bayden bildirib ki, Ukraynanın özünü müdafiə etməsi üçün silah yardımlarını artırmaq lazımdır.

"Biz bunu ən qısa zamanda edəcəyik”, - deyə o bildirib.

Baydenin sözlərindən sonra Ağ Ev ABŞ-ın Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi hazırladığı açıqlayıb. Zirehli personal daşıyıcıları və haubitsalardan ibarət olduğu bildirilən yardım paketi Kiyevə indiyədək edilən ən böyük birdəfəlik yardım olacaq.

Qərb ölkələrinin də Ukraynaya hərbi dəstəyini artmaqda davam edəcəyi açıqlanıb. ABŞ Müdafiə Nazirliyi Pentaqon 50 “Bradley” zirehli transportyorunun, Almaniya hökuməti 40-a yaxın “Marder” zirehli piyada maşınlarının və iki aydır müzakirə mövzusu olan “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya göndəriləcəyini bəyan edib.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam