Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Putin və Ərdoğan Ukrayna və Suriyadakı vəziyyəti telefon danışıqlarında müzakirə ediblər

 

 “Yenixeber.org” “İzvestiye.ru”ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna ətrafında vəziyyətə toxunulub. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edilməsi, əməliyyat məlumatları və hədəf təyinatı ilə təmin edən dağıdıcı rolu vurğulanıb”.

Rusiya lideri Rusiya Federasiyasının yeni ərazi reallıqlarını nəzərə almaq şərti ilə Ukrayna ilə bağlı dialoqa açıq olduğunu təsdiqləyib.

Söhbət zamanı Rusiya Federasiyası və Türkiyə prezidentləri Suriya mövzusuna da toxunublar. Onlar ötən ilin dekabrında Moskvada Rusiya, Türkiyə və Suriya kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müdafiə nazirlikləri rəhbərlərinin görüşünü müsbət qiymətləndiriblər.

“Ümid edilib ki, bu cür üçtərəfli formatda təmasların inkişafı Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşmasına, o cümlədən onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq münaqişələrə qarşı mübarizə vəzifələrinin həllinə töhfə verəcək”, - deyə, Kreml bildirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam