Bakının Yasamal rayonunda qaz olmayacaq
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qaz xəttinin yararsız hissəsinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 8-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu sallaqxanaların, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.