ADSEA əhalini "su qiyamına" təhrik edir -Vətəndaşlar ölkə başçısından kömək istəyirlər

Son illərin statistikasına nəzər salsaq görərik ki,ölkədə əhalinin ən çox narazı qaldığı qurum ADSEA-dir.
Yenixeber.org: İnternet üzərindən aparılan təhlillər göstərir ki, ölkə mətbuatının ən çox tənqid etdiyi qurum da məhz ADSEA-dir. Nə baş verir? Bu qədər narazılıqların qarşısında adıçəkilən qurum niyə fəaliyyətində müsbət dəyişikliklərə nail ola bilmir?Səbəb çox sadədir.Agentliyin rəhbərliyi də daxil olmaqla aşağıya qədər heyətin öz işlərinə məsuliyyətsiz yanaşması,korrupsiya və rüşvət hallarının geniş yayılması,bürokratik əngəllərin və süründürməçiliyin adi hala çevrilməsi bir sözlə qurumun bazar qanunları ilə idarə olunması. Dediklərimizi sübut etmək üçün Binəqədi rayonu 28 may qəsəbəsində yaşayan minlərlə sakinin şikayətini müvafiq dövlət qurumlarının və dəyərli oxucularımızın diqqətinə çatdırırıq.Sakinlər bildirirlər ki,6 sentyabr səhər saatlarından etibarən minlərlə insanın yaşadığı əraziyə içməli suyun verilişi dayandırılıb. Məlumat üçün bildirək ki,əraziyə agentliyin Abşeron şöbəsi xidmət göstərir.Vətəndəşların 955 qaynar xəttinə kütləvi zəngləri nəticəsində onlara deyilib ki,ərazidə qəza baş verib və günün sonuna qədər su təminatı bərpa ediləcək.İnsanları ələ salaraq onları mənəvi işgəncələrə məruz qoyan ADSEA üçüncü gündür ki,əraziyə suyun verilişini bərpa etməyib.Əhalinin ərşə yüksələn harayına isə dövlət qurumları susmaqla cavab verirlər.Çıxılmaz durumda olan vətəndaşlar Bakı-Şamaxı magistral yolunu bağlamaqdan başqa çıxış yolu tapa bilmirlər.Təbii ki,emosional-psixoloji durumu gərgin olan insanlar baş verənlərdə səbəbkar kimi Dövləti və Prezidenti o cümlədən mövcud idarəçilik sistemini hədəfə götürürlər.Daha dəqiq ifadə etsək,ADSEA rəhbərliyi ya bilərəkdən ya da,bilməyərəkdən mövcud vəziyyətin yaranmasına şərait yaradır.Hər bir vətəndaş anlayır ki,istismar olunan su xəttləri sistemində hər an müxtəlif xarakterli qəzalar baş verə bilər.Amma,bu "qəzaların" mütəmadi hala çevrilməsi və "təmir prosesinin" günlərlə davam etməsi istehlakçılarda haqlı şübhələr yaradır.Müşahidələrimiz və araşdırmalarımız zamanı aydın olur ki, ADSEA korrupsiya yuvasına çevrilib.İlkin olaraq onu qeyd edək ki,suyun tarifləri son illərdə bir neçə dəfə artırılaraq benzinin qiyməti səviyyəsinə qalxıb. Bu adıçəkilən qurumun gəlirlərinin artması deməkdir. Yəni,ADSEA vəsait çatışmazlığından gileylənə bilməz. Vəsait varsa istənilən problemi operativ və keyfiyyətli şəkildə aradan qaldırmaq mümkündür.Məntiqi sual yaranır.Vəsait varsa,mütəxəssis varsa.su ehtiyyatları kifayət edirsə onda, ölkənin içməlisu ilə təminatında niyə problemlər yaranmalıdır??? Bu, korrupsiya,rüşvət və digər maliyyə maxinasiyarının pik həddə çatdığının göstəricisi deyilmi???
Dövlətin bu sahəyə məsul olan qurumları və şəxsləri ADSEA rəhbərinin yarıtmaz və təhlükəli idarəçiliyinin qarşısını vaxtında almasalar,bir gün insanların küçələrdə su haykırtılarının kütləvi hala çevriləcəyinə heç kim şübhə etməsin.
İstənilən tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq
Araşdırmalarımız davam edir.
"Stimulxəbər.az"