Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“QORXAQ VƏ YALANÇI VARLIQ...” -Solovyovla Qirkin arasında “xoruz döyüşü” başlayıb

Yenixeber.org: Bunu Kremlin “ən parlaq” təbliğatçılarından biri sayılan Vladimir Solovyov öz verilişində İqor Strelkovun(Qirkin) ünvanına söyləyib. Donbasdakı separatizmin təməlini qoyanlardan biri və “dnr”-in “müdafiə naziri” olmuş, hazırda isə Haaqa Tribunalının terrorçu kimi barəsində hökm çıxardığı İqor Strelkovu Rusiya hərbi-siyasi rəhbərliyinə yönələn tənqidlərinə görə qınayan Solovyov onu qorxaqlıqda və boşboğazlıqda günahlandıraraq, təhqir edib.

Solovyov Qirkinin 2014-cü ildəki “qəhrəmanlıqlarını” yada salaraq deyib ki, o, qorxaq və satqındır, bununla yanaşı, onun nə müasir müharibədən, nə də cəbhədə hazırda baş verənlərdən başı çıxmır: “Strateq(söyüş söyür) olub. Salvyanskda batırdı. Donetskə qədər geri diyirləndi. Donetskdə az qala satqınlığına görə onu güllələyəckdilər. Oradan qaçdı... İndi isə baş komandanlığa necə döyüşməyi öyrədir. Bəs, özün niyə göstərmədin(necə döyüşmək lazım olduğunu)? Özün niyə altına batırdın? Harda olmusan, harda özünü göstərmisən? Heç ön cəbhəyə qədər gedə bilməmisən. Özünü ön cəbhəyə çatdırmağı belə təmin edə bilmirsənsə, insanlara necə rəhbərlik edə, hansısa məsələni həll edə bilərsən? Bundan sonra sən kimsən ki, məsləhət verəsən? Müasir müharibədən nə anlayırsan? Məndən artıq heç nə...”

Solovyov deyib ki, pafoslu çıxışlarına, tənqidlərinə rəğmən, Qirkin müasir hərb elmini real döyüşdə olan hərbçilərdən, “vaqnerçilər”dən və generallardan qat-qat az bilir. Ona görə də onun nə danışmağa, nə də kimlərəsə dərs keçməyə haqqı çatmır.

Qirkinin bu ittihamlara cavabı özünü çox gözlətməyib. Özündən razılığına görə Solovyovdan geri qalmayan “rus dünyası aşiqi” onu “duelə” çağırıb. Ancaq real duelə deyil “söz duelinə”.

Özünün “telegram” kanalında paylaşım edən Qirkin cavabında Solovyovu təhqir edib: “Həmişə olduğu kimi, böyük yalan danışır. Hörmət etmədiyim Vladimir Rudolfoviçə çatdırın ki, onunla istənilən neytral meydanda, istənilən mövzuda(özəl həyatımdan başqa. Bunun onun(Solovyov-red.) kimi “2 nömrəli rezin ləvazimat”a heç bir aidiyyatı yoxdur) debata hazıram. Yeganə şərtim odur ki, debat canlı efirdə baş versin...”

Ardınca Solovyou “Rusiyanın “qızıl dili” reputasiyalı”, həmçinin “qorxaq və yalançı varlıq” adlandıran Qirkin, onun canlı debata çıxmağa cəsarətinin çatmayacağına əmin olduğunu bildirib.

Bir sözlə, bir-birinin tayı olan bu faşist, imperiyaçı təfəkkürün daşıyıcıları arasında şou-biznes mənsublarına xas “atışma” başlayıb. Bir çoxları bunu Kremlin cəmiyyətin diqqətini Ukraynadakı uğursuzluqlardan yayındırmaq cəhdi kimi qiymətləndirirlər. Lakin bu “savaşı” Rusiya hakimiyyətindəki qruplaşmaların qarşıdurmasının təzahürü kimi dəyərləndirənlər də az deyil.

Solovyov uzun illərdir ki, birbaşa Kremlin rəsmi təbliğatının əsas və ən çirkin ruporlarından biri sayılır. Qirkin isə rus cəmiyyətinə çoxdan tanış olsa da, müharibəyə kimi Solovyov qədər aktiv və populyar olmayıb. Əsasən Rusiya FTX-sının adamı kimi tanınan Qirkin rus qoşunlarının Ukraynadakı məğlubiyyətləri artdıqca, daha da radikallaşır. O, əgər əvvəllər əsasən Müdafiə naziri Sergey Şoyqunu hədəf seçmişdisə, son zamanlar birbaşa Vladimir Putinin özünü tənqid etməyə başlayıb. Buna baxmayaraq, əksər müşahidəçilər hesab edirlər ki, Qirkin “icazəli tənqid”dən uzağa gedə bilmir və bilməz də. Çünki Rusiyada müstəqil mövqeyi olanlar çoxdan ya həbsxanalara salınıb, ya ölkədən qaçıb, ya da qətlə yetirilib. Qirkin Kremldəki hansısa qruplaşmanın çətiri altında olmasaydı, onu da indiyə qədər eyni aqibət gözləyərdi.

Lakin görünür ki, o, hələ ki, Kremldə kimlərəsə lazımdır. Necə ki, Solovyovun Qirkinlə başlatdığı “xoruz döyüşü” də böyük ehtimalla Kremlin hələ tam aydın olmayan hansısa maraqlarına xidmət edir... “Azpolitika” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam