Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

20 valideyn Cəlal Arutyunyanın əleyhinə ifadə verib

20 valideyn Cəlal Arutyunyanın əleyhinə ifadə verib  
Ermənistanda növbəti dəfə orduyla bağlı səs-küylü həbs reallaşa bilər. “Joğovurd” qəzetinin yaydığı məlumata görə indi hədəfə separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan alınb.
Yenixeber.org: Nəşr yazır ki, Cəlal Arutyunyana qarşı başlanmış cinayət işi çərçivəsində Tsor hərbi hissəsində xidmət edən çağırışçıların valideynləri də ifadə veriblər.

“Əldə etdiyimiz məlumata görə, Cəlal Arutyunyana qarşı ittiham irəli sürülməzdən əvvəl hərbi hissənin həlak olan hərbçilərinin 20 valideyni dindirilib, onlar Cəlal Arutyunyana qarşı konkret faktlarla ifadələr veriblər. Valideynlər övladlarının ölümündə kimin məsuliyyət daşıdığını ətraflı izah ediblər", - müəllif yazıb.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Qarabağdakı keçmiş qondarma rejimin "müdafiə ordusu"na rəhbərlik etmiş Cəlal Arutyunyana qarşı bir neçə ittiham irəli sürülüb. Bunlardan biri Tsor hərbi hissəsinin artilleriyaçılarının kütləvi şəkildə qırılması halları ilə bağlıdır.

Müharibədə ordumuzun keçirdiyi uğurlu əməliyyat zamanı ağır yaralanan və bu səbəbdən tutduğu vəzifədən uzaqlaşdırılan 47 yaşlı Cəlal Arutyunyana qarşı irəli sürülən digər ittiham da diqqət çəkir. Qeyd edilir ki, oktyabrın 7-dəki əks-hücum əməliyyatları zamanı məhz onun tətbiq etdiyi yalnış hərbi taktikalar nəticəsində erməni silahlı birləşmələri canlı qüvvə və hərbi texnika baxımından xeyli itki verib. Ehtiyat hissələr isə qeyri-döyüş vəziyyətinə keçirilib, nəticədə mühüm atəş mövqeləri Azərbaycan hərbçiləri tərəfindən azad olunub.

Xatırladaq ki, sentyabrın 10-da Harutda öldürülmüş erməni hərbçilərin 30-a yaxın valideyni Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanla görüşü zamanı da Cəlal Arutyunyanın həbsini tələb etmişdilər. Həmin valideynlərin övladları 2020-ci il oktyabrın 11-də 73 nəfərdən ibarət məşhur bölüyün tərkibində döyüşüblər. Onlar Cəlal Arutyunyanın əmri ilə Ağdərədən artıq Azərbaycanın işğaldan azad etdiyi Hadrut qəsəbəsinə göndəriliblərmiş.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam