Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“SÜLH MÜQAVİLƏSİNİN İMZALANMASI BAŞLICA ŞƏRTDİR” –“2025-ci ildə Rusiyanın Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır”

Yenixeber.org:  Bu barədə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov regionda baş verən son hadisələri təhlil edərkən deyib.

“18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Sazişə əsasən Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya gələn il 12 mlrd., bir neçə il sonra isə 20 mlrd. m3 həcmində qaz nəql ediləcəkdir”, - təhlilçi əlavə edib.



Politoloq vurğulayır ki, regionun logistika imkanları da Qərb tərəfindən yüksək qiymətləndirilir: “Asiyanı Avropa ilə bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə, hələ ki, proqnozlaşdırmaq çətindir. Belə şəraitdə Şərq-Qərb arasında yeganə marşrut Cənubi Qafqazdan -Azərbaycan və Gürcüstandan keçir. Ölkəmizin coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və Ermənistan xaric, qonşularla əlaqəli dəmir yolları Qərb üçün Azərbaycanın əhəmiyyətini dəfələrlə artırmış olur. Regionun logistik əhəmiyyətini ABŞ Prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım Fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğuladı”.



F.Məmmədov deyir ki, Qərbin geosiyasi gözləntisi qeyd edilən layihələrin təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın regiona təsirinin hissolunan dərəcədə azalmasıdır. Onun sözlərinə görə, bunun üçün Azərbaycan-Ermənistan münasibətləri normallaşmalı və nəticə olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır.

“Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər”, - təhlilçi qeyd edib.

Ekspert əlavə edir ki, bu kontekstdə Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar Qərb üçün çox vacibdir: ABŞ-ın dövlət katibi Entoni Blinken xarici işlər nazirləri arasında baş tutan son birbaşa dialoqu “Azərbaycan-Ermənistan fikir ayrılıqlarını həll etməyin ən düzgün yolu” adlandırdı. Öz növbəsində ABŞ Prezidenti 20 mart və 20 may tarixli məktublarında Ermənistanla diplomatik təmasların intensivləşdirilməsinə kömək edəcəyini və regional barışın təşviq edilməsi üçün Azərbaycanla birgə işləyəcəyini ölkəmizin başçısına bildirdi. Öz növbəsində Ursula Fon der Lyayen də “Aİ-nin Cənubi Qafqazın təhlükəsizlik, sabit və firavan olmasına sadiq olduğunu” çıxışı zamanı bildirmişdir”.

Yanaşmanın zəif tərəfi nədən ibarətdir?

Fərhad Məmmədov hesab edir ki, istər ABŞ, istərsə də Aİ-nin münasibətlərin normallaşdırılması prosesində sərgilədiyi mövqe praktiv deyildir: “Ənənəvi “balanslı yanaşma” davam etdirilir. Bəzi Qərb rəsmilərinin “status” və “Minsk qrupu” ilə bağlı fikirlər səsləndirməsi nəticə etibarı ilə Qərbin yanaşmasını natamam edir. Qərbin region ilə bağlı hədəfləri bəllidir, amma bu hədəflərə çatma vasitələri üzrə qeyri-müəyyənlik mövcuddur. Belə şəraitdə Qərb bütün məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərliyinin üstünə atır. Lakin belə yarımçıq yanaşma praktikada müsbət nəticə vermir. Ermənistan Qərb rəsmiləri tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə arxalanıb “status" məsələsini ortaya atır. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmur və buna görə tərəflər arasında normallaşma prosesi lazımı səviyyədə gedə bilmir”.

Ekspertin sözlərinə görə, görünən odur ki, Qərb üçün əsas geosiyasi və geoiqtisadi məqsədlər Azərbaycan və Gürcüstanla bağlıdır. 

“Rusiyanın regiona təsir gücünün zəifləməsi isə Ermənistanın mövqeyindən asılıdır. Belə olan halda ABŞ siyasi, Aİ isə iqtisadi vasitələrlə Ermənistanı daha konstruktiv siyasət sərgiləməyə sövq etməlidir. Bu məqsədlərin reallaşması üçün isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bununla da təhlükəsiz şəraitin formalaşması başlıca şərtdir”, - F.Məmmədov vurğulayıb.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam