Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“PUTİNİN TƏKLİFİNİ QƏBUL ETMƏSƏLƏR, CƏHƏNNƏMƏ GEDƏCƏYİK” –Kreml indi də Vuçiçin dili ilə dünyanı təhdid edir

Rusiyanın Avropadakı əsas forpostlarından hesab olunan Serbiyanın Prezidenti Aleksandr Vuçiç Serebrenitsadakı qətliamın xatirəsinə həsr olunan tədbirdə sensasiyalı açıqlamalar verib.

Yenixeber.org: Serbiya Prezidenti bütün bəşəriyyət üçün təhdid hesab edilə biləcək açıqlamasında deyib: “Mən bizi nə gözlədiyini bilirəm. Vladimir Putin Seversk, Baxmut və Soledarda, ardınca ikinci xətdə – Slavyansk-Kramatorsk-Avdeyevkada işi bitirəndən sonra ondan təklif gələcək. Əgər onlar (Qərb və Ukrayna-red.) bunu qəbul etməsələr, onlarsa bunu qəbul etmək fikrində deyillər, o zaman biz hamımız cəhənnəmə gedəcəyik”.

Vuçiç bu təkliflərin nədən ibarət olacağını deməsə də, söhbətin Ukraynanın öz işğal altındakı ərazilərindən imtina etməsi başda olmaqla, Kiyev üçün qəbuledilməz olan bir neçə şərtdən getdiyi şübhə doğurmur. Həmçinin, Serbiya Prezidenti Kremlin tezislərini təkrarlayaraq deyib ki, Rusiya Ukraynada Qərblə savaş aparır: “Hazırda bütün Qərb dünyası ukraynalıların vasitəsilə Rusiya ilə müharibə aparır”. Vuçiç əlavə edib ki, indiki savaşı dünya müharibəsi adlandırmaq olar. Göründüyü kimi, Kremlin tapşırığı və dili ilə danışan Serbiya Prezidenti açıq şəkildə dünyanı nüvə müharibəsilə təhdid edir. Onun “Cəhənnəmə gedəcəyik”,- deyərkən, məhz Rusiyanın ilk olaraq endirəcəyi nüvə zərbəsini və bundan sonra başlayacaq nüvə müharibəsini nəzərdə tutduğu şübhə doğurmur. Bununla da Rusiya, bu dəfə Serbiya Prezidentinin dili ilə olmaqla, növbəti dəfə dünyanı nüvə müharibəsi, deməli həm də bəşəriyyəti faciəli sonluqla hədələyir.

Xatırladaq ki, bundan öncə Rusiya rəhbərliyindəki bir çox şəxslər, o cümlədən Dmitri Medvedev dəfələrlə Qərbi nüvə silahı ilə təhdid edib. Rusiyapərəsət xarici ölkə liderlərindən isə bu barədə daha çox danışan Belarus Prezidenti Aleksandr Lukaşenkodur. Lakin Lukaşenko belə, Vuçiçdən daha ağıllı və ölçü-biçili ifadələrdən istifadə edib...

Onu da qeyd edək ki, bir neçə gün öncə Putin özü növbəti təhdidlə çıxış edərək, “Biz Ukraynada hələ heç nəyə başlamamışıq”, - deyə bildirib. Qərbdə və Ukraynada əksər ekspertlər Putinin bu açıqlamasını ironiya ilə qarşılayaraq, bunu növbəti “blef” adlandırıblar və 40 minə yaxın hərbçi, sonsuz sayda silah-sursat itirən, Kiyevə qədər gedib, geri qayıtmağa məcbur olan, iqtisadiyyatı başda olmaqla bütün sahələri ağır zərbə alan, misli görünməmiş sanksiyalarla və təcridlə üz-üzə qalan bir ölkə rəhbərinin “biz hələ başlamamışıq” deməklə özünü və dövlətini gülünc vəziyyətə qoyduğunu bildirirlər



Hazırda görünən odur ki, ABŞ-ın Ukraynaya verdiyi cəmi 9 ədəd “HİMARS” kompleksi faktiki olaraq “dünyanın ikinci ordusu”nu iflic vəziyyətinə salıb. Hələ heç də Qərb silahlarının ən mükəmməli sayılmayan, özü də az sayda təqdim olunan və tam gücü ilə işə salınmayan bu komplekslər artıq döyüş meydanında ciddi, kardinal dəyişikliyə səbəb olub. Rusiyanın əvvəllər Ukrayna üçün əlçatmaz olan arxa cəbhəsində saysız-hesabsız silah anbarları, yanacaq depoları, hava hücumundan müdafiə sistemləri, aerodromlar, digər hərbi texnikası və canlı qüvvəsi məhv edilib və Rusiya tərəfinin bu zərbələrin qarşısını ala biləcək heç bir texniki vasitəsi, texnologiyası, silahı yoxdur. Bu səbəbdən Kreml növbəti dəfə cəbhə boyu yaşadığı acı zərbələrin əvəzini Ukraynanın dinc şəhərlərinə, mülki obyektlərinə, yaşayış binalarına raket zərbələri vurmaqla çıxmağa çalışır. Son dəfə belə zərbələr bu gün Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərinə endirilib. Kreml hesab edir ki, bu cür zərbələr Ukrayna xalqını ölkə rəhbərliyinə təzyiq göstərməyə, Zelenski hakimiyyətini və Qərbi isə Rusiyaya güzəştə getməyə vadar edə bilər. Lakin hələlik bu ümidlər özünü doğrultmur və əksinə, Ukraynanın müqaviməti daha da artır. Bunun nəticəsidir ki, bir neçə gün əvvəl Prezident Volodimir Zelenski Ukraynanın cənubunun azad edilməsilə bağlı orduya əmr verib.

Əksər ekspertlər və müşahidəçilər hesab edirlər ki, Kremlin bütün bu hədə-qorxu və təhdid mesajları Rusiyanın getdikcə daha ağır və çarəsiz duruma düşməsilə əlaqədardır. Onun Serbiya Prezidentinə dedirtdiyi “hamımız cəhənnəmə gedəcəyik” mesajı isə daha çox “cəhənnəmə gedənin özünə yoldaş axtarmasına” bənzəyir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam