Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

KİSSİNCER MÜHARİBƏ İLƏ BAĞLI 3 SSENARİ AÇIQLADI -“Ukrayna bu halda qalib gələcək...”

Birinci variant:

Rusiya Ukrayna ərazisinin 20 faizini ələ keçirir. Donbasın böyük hissəsi və Qara dəniz ətrafı quru ərazi zolağı da daxil olmaqla əsas sənaye və kənd təsərrüfatı regionunu öz nəzarətinə alır. . Kisingerin fikrincə, belə variant Rusiya üçün qələbə olacaq. Bu zaman NATO-nun rolu əvvəllər düşünüldüyü kimi həlledici olmayacaq. Yəni faktiki olaraq Rusiyanın bəhs etdiyi Şimali Atlantika Alyansından gələn təhlükə aradan qalxacaq.

İkinci variant:

Rusiyanın Donbass ərazisindən 2014-cü il sərhədlərinə və Krım ərazisindənsıxışdırıb çıxarılmasına cəhd ediləcək. Bu isə təkcə Ukraynanın deyil, Qərbin də Rusiya ilə müharibəsində mümkündür. Əslində isə bu qlobal münaqişə deməkdir.

Üçüncü variant:

Cəbhə xəttinin 24 fevral 2022-ci il sərhədinə qayıtması. Kissincer hesab edir ki, əgər ukraynalılar Rusiyanı fevral müharibəsindən əvvəlki sərhədlərinə sıxışdıra bilsələr, bu “Ukraynanın bərpası hesab olunacaq”. Ukrayna bu halda qalib gəlmiş hesab olunacaq.

“Ukrayna NATO-nun bir hissəsi olmasa da, onunla sıx əlaqədə olacaq. Məhz bu zaman qalan məsələləri danışıqlar masası ətrafında həll etmək olar” - deyə, təcrübəli dövlət adamı bildirib.

Kissincerə görə, Rusiya əvvəlki mövqelərinə qaytarıla bilsə, “münaqişə dondurulacaq və belə vəziyyət "müttəfiqlər üçün əhəmiyyətli nailiyyət" olacaq.

“Belə nəticədə NATO Finlandiya və İsveçin birləşməsi hesabına güclənəcək ki, bu da Baltik ölkələrinin müdafiəsi üçün imkanlar yaradacaq. Ukrayna isə Avropada NATO ilə əlaqəli ən böyük quru qoşununa malik olacaq” – deyə, Kisincer qeyd edib.

Kissincerin fikrincə, Rusiyaya göstəriləcək ki, Avropada yaranmış qorxunun qarşısını NATO-nun gücü ilə almaq olar. O qeyd edib ki, bu, həm də ümumilikdə qüvvələr balansının dəyişməsinə gətirib çıxaracaq – Amerikanın nüvə arsenalı Avropanın müdafiəsində əsas element olmaqdan çıxacaq. Avropa isə o qədər birləşəcək ki, Rusiya bütövlükdə Avropa ilə birgə yaşamaq məcburiyyətini və zərurətini anlamalı olacaq.

Xatırladıq ki, Kissincerin Davosdakı çıxışı Ukraynada hiddət doğurmuşdu. O, hətta Ukrayna üçün “düşmən və arzuolunmaz fiqur” hesab olunmuşdu. Çünki o, bəyan etmişdi ki, yaxın iki ay ərzində danışıqlar başlanmalı, ən əsası isə Ukrayna danışıqlara başlamaq üçün ərazi güzəştlərinə getməlidir.

İndi isə Kissincer danışıqlara başlamaq üçün ərazi güzəştlərinin zəruriliyindən danışmır. Onun fikrincə, Ukrayna ərazi güzəştlərindən sonra danışıqlara başlaya bilərdisə, indi bu baş verməyəcək. Bu o deməkdir ki, tərəflərdən biri öz hərbi imkanlarını tükənənə qədər döyüşlər davam edəcək. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam