Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

"BU MÜHARİBƏ İLLƏRLƏ UZANACAQ, QARABAĞI XATIRLAYIN..." -"Tələblər həddindən artıq yüksəkdir"

Yaxın illərdə müharibənin bitəcəyinə inanmıram.

Yenixeber.org: Bu barədə belaruslu hərbi analitik Yeqor Lebedok Rusiya-Ukrayna münaqişəsini və Belarus xalqının bu əməliyyatlara münasibətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, münaqişə həddindən artıq böyük, tələblər isə həddindən artıq yüksəkdir.

“Ona görə də yalnız müvəqqəti atəşkəs mümkündür. Ukrayna qalib gəlsə - böyük qurbanlar verən rusiyalılar geri qayıtmaq istəyəcək, Rusiya qalib gəlsə - ukraynalılar müstəqilliklərini bərpa etməyə çalışacaqlar”, - deyə ekspert fikrini izah edib.

Analitik bildirib ki, hətta indi tərəflər sülh yolu ilə razılığa gəlsələr belə bu, əslində çox uzun müddətli münaqişədir.

“Qarabağ nümunəsi var. Orada onilliklər boyu müharibə getdi. Ukraynada da belə ola bilər. Buradakı ərazi Cənubi Qafqazdan qat-qat böyükdür, üstəlik sərhədlərin yenidən bölüşdürülməsi tarixi də var”, - deyə, o, əlavə edib.

Belarus kontingentinin Ukraynaya daxil olmasına, müharibədə iştirakına Belarusda insanların necə reaksiya verəcəyinə gəlincə isə hərbi analitik burada ciddi differensiya olduğunu qeyd etdi.

“Televiziyaya baxanlar, ona inananlar (bəzi məlumatlara görə bu, 40%-dir) əməliyyatı dəstəkləyəcək. Bizim telekanallar əslində Rusiyanın ideoloji gündəmini təkrarlayır. Ən azı keçən ilin sentyabrından bəri Ukrayna əleyhinə təbliğatlar aparılır. Ancaq bununla belə belarusların əksəriyyəti müharibəni heç vaxt dəstəkləməyəcək”, - deyə Lebedok vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam