Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

“Elçibəy deyirdi ki, Təbrizdə Azərbaycan bayrağını qaldıracam,...” - "İki ölkə bir-birlərinə olan baxışlarını dəyişməli və fərqli yanaşmalıdırlar"

“Elçibəy deyirdi ki, Təbrizdə Azərbaycan bayrağını qaldıracam, bu, yuxudan başqa bir şey deyildi” – Əfşar Süleymani

“İran-Azərbycan münasibətlərinin yaşadığı hazırkı gərginlik ictimai rəyi korlayır. İnanıram ki, sonda iki tərəf danışıqlar aparacaq, amma təcrübəm göstərir ki, məsələlərə bu şəkildə təpki vermə təşviq edilməməlidir”.

Yenixeber.org: Bunu İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, Qafqaza dair böyük bir plan mövcuddur: “Belə bir planın mövcudluğunu inkar etmirəm, amma bu məsələ danışıqlar yolu ilə asanlıqla həll oluna bilərdi. Təəssüf ki, bu baş vermədi”.

Eks-səfirin fikrincə, münasibətlərdəki buzlaşmanın təməli hələ Əbülfəz Elçibəy dövründə qoyulub:

“Son zamanlarda yaranan mübahisənin və Azərbaycanla İran arasındakı gərginliyin ən əhəmiyyətli səbəbi İrana yaxşı baxışı olmayan Elçibəyin dövründən başlayıb. Elçibəy deyirdi ki, Təbrizdə Azərbaycan bayrağını qaldıracağam, sonra onun Ermənistanın işğal olunmuş əraziləri iki Azərbaycan arasında qalacaq və bu məsələ həll olunacaq. Bu yuxudan başqa bir şey deyildi, amma Elçibəyin arzusu və bəyanatı idi. O, İran və Rusiyanı düşmən hesab edirdi. Həmin vaxtlar Azərbaycan Respublikası yenicə meydana gəlmişdi. Bu məsələlərə görə İran Azərbaycan Respublikasına baxışını dəyişdi və bəzi ixtilaflar həmin hadisələrdən qaynaqlanır.

Bu fikir illər ərzində ikitərəfli və regional müzakirələrə təsir göstərib. Azərbaycan bu illər ərzində dəfələrlə İranı dini təhsil bəhanəsi ilə gəncləri səhv yola yönəltməkdə və İranın yumşaq gücünə çevirməkdə ittihamlayıb. Bakı bu məsələyə həssas yanaşıb. Dəfələrlə demişəm ki, iki ölkə bir-birlərinə olan baxışlarını dəyişməli və fərqli yanaşmalıdırlar. Səfir olduğum dövrdə inanırdım ki, Azərbaycanla iqtisadi əlaqələr qurmalı və etimad mühiti yaratmalıyıq ki, bizə müsbət baxsınlar. Bu iki meyar bir-birinin əksinə yerləşdirildi. “Cənubi Azərbaycan” müzakirələri İranın həssaslığını ikiqat artırdı, dindarların maarifləndirilməsi və dünyəvi hökumətinə qarşı çıxmaq müzakirəsi isə Azərbaycanın həssaslığını artırdı”.

Sabiq diplomat daha sonra qeyd edib: “Məncə, bu illər ərzində məsələlərin həlli sözdən o yana keçməyib. Azərbaycanın özü bir çox daxili və xarici problemlərlə üzləşir. Bir vaxtlar torpaqları işğal altında idi. Heydər Əliyev dövründə onunla dəfələrlə danışıqlar apardım və təkliflər verdim, inşallah, bu xatirələr bir gün nəşr olunacaq. Zamanla əlaqələr ya bir az yaxşılaşıb, ya da bir az da pisləşib. Etimad qurmağa və münasibətləri yaxşılaşdırmağa çalışırdım. Nazirlər və prezident səviyyəsində əlaqələrin səviyyəsini qaldırdıq. Ancaq inam yaratmaq kifayət deyildi.

Heydər Əliyevin dövründə Qərblə konsorsium yaradıldı və İran bu konsorsiuma qoşulmaq istədi, amma ABŞ və Avropa buna qarşı çıxdı. Heydər Əliyevlə söhbət edərkən o, maraqlı bir cümlə söylədi. Dedi ki, Azərbaycan kiçik ölkədir və hər tərəfdən təzyiqlərə məruz qalır, ABŞ, Rusiya, Türkiyə və İran da daxil olmaqla, hər bir ölkənin tələbləri var. Bu ölkələr arasında tarazlıq yaratmalıyam ki, dövləti qoruyub saxlaya biləm…”(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam