Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Bakı və Ankara üçün şərəf işi - İrəvana “qırmızı kart” göstərildi

Ermənistanın böyük sülhdən yayınmaq üçün manevr imkanları tükənir; kapitulyant üçün seçim şansı qalmayıb - Soçi görüşünün mühüm sonucu...

Yenixeber.org: Bir il öncəki müharibədə kapitulyasiyaya tuş gələn işğalçı Ermənistanı hələ ki, sülhə tam məcbur eləmək mümkün olmayıb. Bunun bir səbəbi məğlub ölkə daxilində hökm sürən ağır psixoloji durumdusa, digəri şübhəsiz ki, “ilana zəhər verən kərtənkələlər”, yəni əsassız erməni iddialarını sönməyə qoymayan xarici güclər, erməni lobbisidir.

Ancaq proses çətin də olsa qabağa gedir. Çünki Ermənistanın heç olmasa, simvolik dövlət kimi dünya xəritəsində qalması və inkişaf eləməsi üçün onun Azərbaycan və Türkiyə ilə sülh anlaşmaları imzalayıb, qonşuların ərazi bütövlüyünü tanımasından savayı yolu yoxdur. Qərbdən, Rusiyadan, İrandan nə cür dəstək olur-olsun, bunsuz erməni xalqının xilası, qurtuluşu mümkün olmayacaq.

Ümid eləmək qalır ki, erməni toplumu və onun rəhbərliyinin bu rasional dərkə gəlməsi uzun zaman almayacaq və daha bir müharibəyə ehtiyac qalmayacaq. Sülhə məcbur etmə prosesi siyasi vasitələr sayəsində yekun sonluğuna çatacaq. Bundan isə şəkk-şübhəsiz, bütün bölgə ölkələri qazana bilər. O sırada 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərinə uyğun olaraq regionda kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması həm çoxtərəfli inteqrasiyanın, həm də möhkəm sülhün təməlini qoyacaq.

*****

“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son Soçi görüşündən qayıdarkən yolüstü verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, hər iki lider Soçi görüşünün nəticələrini çox yüksək qiymətləndirb. Həmçinin Putin Ankaranın Güney Qafqazda güclənməsinin Qarabağ məsələsində pozitiv rol oynadığını söyləyib. Öz növbəsində Ərdoğan bildirib ki, V.Putin bölgədə “Altılıq” formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir.

Zəngəzur dəhlizi

Demək, Türkiyə prezidentinin Zəngəzur dəhlizi ilə bağlı İrəvana tələbini Rusiyanın da tələbi saymaq olar - Putinin imza atdığı 10 noyabr sənədindən irəli gələn tələb. Futbol termini ilə yazsaq, bu xüsusda “qaba oyun oynayan” İrəvana artıq “qırmızı kart” göstərildiyini söyləmək olar. Ayrı sözlə, Ermənistanın yenə vaxtı uzatması üçün heç bir manevr imkanı  qalmayıb.

Ümumiyyətlə, Ermənistan götürdüyü öhdəliklərə, imzaladığı sənədlərə hörmət qoymağı öyrənməli, Azərbaycanla “siçan-pişik” oyununa son qoymalı, “Dəvəquşu siyasəti”ndən imtina eləməli, nəhayət, Bakı və Ankaranın bir ildir verdiyi sülh təkliflərini qəbul eləməlidir. Ən əvvəl də özünün hüquqi-siyasi mövcudluğunu sual altına qoymamaq üçün.

Bu yerdə onu da yada salaq ki, Türkiyə Prezidenti az öncə Nikol Paşinyanın onunla görüşmək istəyinə cavab olaraq söyləmişdi ki, bundan ötrü İrəvan hansısa müsbət addım atmalıdır. Onu da demişdi ki, Zəngəzur dəhlizinin açılması İrəvan tərəfdən ilkin müsbət gediş olardı. Yəni o, Paşinyanla görüş xətrinə görüşü olmayacağına net şəkildə işarə vurmuşdu.

*****

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil şəkildə həll edilməli, delimitasiya prosesi aparılmalıdır. Azərbaycan bu istiqamətdə konstruktivdir, lakin biz Ermənistandan qeyri-konstruktiv addımlar və bəhanələr görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq?”

Ceyhun Bayramov: "Ermənistan 4 000-ə yaxın azərbaycanlının taleyi barədə  heç bir məlumat vermir" » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ceyhun Bayramov

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. “Sabit və inkişafa yönəlmiş bir mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır ”, - deyə Bayramov vurğulayıb.

Bölgədə böyük sülhün və davamlı əməkdaşlığın ən sadə formulu da budur. Yəni rəsmi Bakı da İrəvana xəbərdarlıq edir ki, Ermənistan beynəlxalq hüquqa hörmətsizlik eləməklə özünü təkcə beynəlxalq hüquq müstəvəsindən kənarda qoymur, eyni zamanda dinc inkişaf və dinc-yanaşı mövcud olma perspektivindın məhrum edir. Odur ki, bu halda özünün destruktiv mövqeyindən qaynaqlanan sürprizlərə də hazır olmalı, o cümlədən yeni və daha dağıdıcı müharibəni göz önünə gətirməlidir...

*****

“Bakı ilə İrəvan arasında hərtərəfli sülh müqaviləsi bölgədə rus qoşunlarından xilas olmağın ən sürətli yolu olardı, amma görünür ki, bu, tezliklə baş verməyəcək. Məsələ ondadır ki, müharibə və münaqişə Azərbaycan üçün bitib, Ermənistan üçün yox. İrəvan Qarabağa erməni diasporu tərəfindən də fəal şəkildə təşviq edilən status tələb edir. Sərhəd demarkasiyası məsələsi də havadadır”.

Məlumata görə, bunu Caliber.az-a Avropa Siyasəti Mərkəzinin (EPC) baş siyasi analitiki Amanda Pol bildirib.

Politoloq yeni hərbi əməliyyatları istisna eləmir. “Bunu ötən bir ildəki çoxsaylı atışma və toqquşmalar göstərir. Sülh müqaviləsinin imzalanmasından hər iki dövlət, bütövlükdə region udardı. Ancaq görünür ki, yaxın gələcəkdə bu mümkün olmayacaq”, - deyə o əlavə edib.

*****

“İstənilən müharibə sülh müqaviləsi ilə başa çatır. Hələ ki, belə bir müqavilə yoxdur, ona görə müharibəni bitmiş hesab etmək olmaz”.

Gela Vasadze: 20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin  təşəkkülünə gətirib çıxardı Xalqqazeti.com

Gela Vasadze

Bunu isə tanınmış gürcü ekspert, politoloq Gela Vasadze Axar.az-a bildirib.

Onun sözlərinə görə, müharibənin davam etdiyi göz önündədir: “Həm də diplomatik və informasiya cəbhəsində. Təəccüblü deyil ki, azad edilən torpaqların vəziyyətini görənlər dəhşətə gəlir. Biz dağılmış şəhərləri, məscidləri, məhv edilmiş təbiəti çoxsaylı videolardan seyr etdik. İndi aydındır ki, bərpa prosesi gedir, Azərbaycan rəhbərliyi üçün bu, şərəf işidir”, - deyə o vurğulayıb.

*****

Elə “Şeytan yuvası” Xankəndi və ətrafının separatçı-kriminal ünsürlərdən təmizlənməsi də Azərbaycan rəhbərliyi üçün, bütövlükdə Azərbaycan xalqı və dövləti üçün, həmçinin qardaş Türkiyə üçün şərəf işidir. Qarabağa Böyük Qayıdışın, möhtəşəm quruculuq işlərinin əsas hədəfi məhz budur - separatçı ünsürlərə, ipə-sapa yatmayan, Konstitusiyamızı nümayişkaranə şəkildə saya salmayan erməniləri Qarabağda dözülməz şəraitdə yaşamağa məhkum eləmək və onları ya təslim olmaq, ya da ərazimizi həmişəlik tərk eləmək zorunda qoymaq.

İrəvanda nə düşünməsindən, sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, bu proses gedir və gedəcək...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam