Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

Qarabağ anklavındakı “konslager” -onu da Azərbaycan əsgəri azad edəcək!

 

Şuşadakı hərbçilərimizdən iş istəyən, susuz qalan, rus sülhməramlıların cibinə göz dikən ermənilər - gerisayım başlayıb; ermənilərin “dövlət-dövlət” oyunu bitir, nicat yolu Azərbaycan tərəfədir...

Yenixeber.org: Siyasətdə demaqogiya ilə, pafoslu vədlərlə uzağa getmək müşkül məsələdir. ABŞ-ın sabiq prezidentlərindən olan Avraam Linkolnun bu xüsusda yaxşı bir sözü var: “Bir nəfəri həmişə, hamını müəyyən müddətə aldatmaq olar, ancaq hamınə həmişə aldatmaq olmaz”.

İndi bu, bədbəxt və xain ermənilər də. Daha doğrusu, onların burnundan uzağı görməyən rəhbərləri, separatçı-cinayətkar liderləri. On illəridir, utanıb-eləmədən erməni xalqına cənnət nağılları, “miatsum” cəfəngiyyatı danışan bu yaramazlar öz soydaşlarına hansı pislikləri eləmək olardısa, hamısını elədilər. Artıq bunun altını çəkmək, “daşları yığmaq” zamanı çatıb. Di gəl ki, İrəvanda və quldur yuvası Xankəndində hələ də xam xəyallara qapılıb ermənilərə “artsax” ümidi verənlər var.

*****

Rus sülhməramlıları Qarabağ ermənilərinin su problemini həll edir » Atatv.az

İşə baxın, Xankəndindəki bir ovuc əhalini içməli su ilə təmin edə bilməyən xuntaçılar yenə başlarından yekə iddialarla yaşayırlar. 30 ildə şəhər-kəndlərimizi, Qarabağı viran qoyanlar, bir ağac belə əkməyənlər, bir iş yeri belə yarada bilməyənlər, iş-gücü yalnız talançılıq olanlar bu gün də arsızcasına “müstəqil dövlət” olmaqdan dəm vururlar. Bir erməni dövlətini - Ermənistanı qurub qurtardılar, qaldı “ikincisi”!

Bu gün Ermənistan adlı psevdo-dövlətin özü belə, əsas dövlət atributlarından məhrumdursa, öz sərhədlərini özü qorumursa, xarici siyasət kursu Moskvada müəyyən edilirsə, görəsən, bu, nə dövlətçilik həşiridir belə. Xəstə toplum xəstə təfəkkürlə hara gedir?

Müstəqil dövlət olmağın əsas şərti iqtisadi müstəqillik sayılır. Amma diqqət edin, qondarma “dqr” bir yana, Ermənistanın özü belə, 44 günlük müharibədən dərhal sonra ciddi elektrik enerjisi problemi, ərzaq, taxıl qıtlığı ilə üzləşdi. Çünki işğal altındakı ərazilərimizin amansız istismarı sayəsində xeyli dərəcədə öz tələbatlarını ödəyir, kasıb büdcələrini doldururdular. İndi başqa yol aramaq zorunda qalıblar (təbii ki, buna görə beynəlxalq məhkəmələrdə cavab verməli, böyük təzminatlar ödəməli olacaqlar).

*****

Qarabağ anklavında separatçı tör-töküntülərin müvəqqəti girovluğunda qalan, qanunla Azərbaycan vətəndaşı olan ermənilərin durumundan isə danışmağa dəyməz. Onlar sözün əsl mənasında taleyin ümidinə buraxılıblar. Ta ki, Azərbaycan dövlətinə sığınmayınca, Azərbaycan dövləti onlara sahib çıxmayınca vəziyyətləri yaxşıya dəyişməyəcək.

Gürcüstan portalı Şuşada aparılan abadlıq-quruculuq işləri barədə  fotoreportaj yayıb - azerbaijan-news.az

Rusiya da onları xilas edə bilməyəcək. Necə ki, edə bilmir. Necə ki, rus sülhməramlıları Xankəndi əhalisinin içməli su problemini aylardır yoluna qoymağı bacarmır. Ətrafda, Şuşada, Füzulidə aparılan möhtəşəm quruculuq işləri, Böyük Qayıdış prosesi fonunda necə də miskin bir mənzərə!

Bu mənzərə ermənilərin ziyanına getdikcə daha miskin, daha acınacaqlı şəkil alacaq - daşı ətəklərindən tökənə, xilas yolunun Rusiyada, rus əsgərində deyil, Azərbaycan dövlətində olduğunu millət olaraq, nəhayət, hamılıqla anlayanadək. Bu qədər bəsit bir səbəb. 

*****

Hərçənd anlayanlar da var və sayları yavaş-yavaş artmaqdadır. Məsələn, erməni mətbuatı Şuşada aparılan bərpa və quruculuq işləri, yeni elektrik stansiyasının tikintisi və azad edilən Azərbaycan şəhərinin fasiləsiz su təchizatı haqqında yazıb. Bu fonda isə Xankəndinin bəzi erməni sakinləri sosial şəbəkələrdə özlərinə sual verir: bəlkə doğrudan da Azərbaycan hakimiyyətinin nəzarəti altına qayıdaq?

Belə məlumatlar da gəlir ki, ermənilər Şuşaya gəlib Azərbaycan əsgərindən iş istəyirlər. Anlaşılandır. Çünki Azərbaycan dövlətinə inteqrasiya etmədən Xankəndi və ətraf ərazilərin heç bir inkişaf perspektivi yoxdur, olmayacaq. Demək, iş-qazanc yeri də olmayacaq. Ailə başçılarını, ailələri konkret yerə bağlayan isə daimi, stabil və normal iş yerinin olmasıdır. Bu yoxdursa, Rusiya kimi dövlət də 20-25 minlik əhalini Xankəndində saxlaya bilməyəcək.

“Orada (Qarabağda - red.) heç bir iş və yaşamaq yeri yoxdur. Bizə işlə təmin edilmək üçün proqramların yaradılacağını desələr də, aylardır heç nə edilmədi. Orada yaşaya bilmirik, Ermənistanda da bizə baxmırlar”.

Bunu əslən Ağdərədən olan erməni Karen Şirinyan deyib (Axar.az).

Babək rayonunda kompleks quruculuq işləri aparılır - Naxçıvan TV

Xankəndində yaşayan Marina Zakaryan isə oradan getmək istədiklərini bildirir. Hazırda “qarabağlı” kimi qəbul edilən ermənilər iki hissəyə bölünüblər: birincilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayanlardır. Onlar aylıq müavinət alır, lakin işsizliklə və qalmaq üçün yer problemi ilə üzləşirlər. Zakaryan deyir ki, yay bitir, qışda çətinlik daha çox olacaq. Başqa bir erməni isə qeyd edir ki, şampun, tualet kağızı, sabun, yuyucu toz və digər şeylər alırsan, on minlərlə dram edir, bizə aylıq verilən pul 2-3 gün ərzində bitir.

İkincilər Ermənistana gedənlərdir: onların sayı daha çoxdur, çünki əksəriyyəti işğal dövründə Qarabağətrafı rayonlara qanunsuz yerləşdirilmişdi, həmçinin böyük qismi Qarabağa aylıq müavinəti almaq üçün gəlir və geri qayıdırlar. Ermənistan hökuməti artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vədini verməkdə davam edir.

Sosial şəbəkələrin erməni seqmentində Xankəndindəki son vəziyyətlə bağlı şərhlərdə həmçinin deyilir ki, “Bizim qızlarımız necə evlənəcəklərini bilmirlər. Qızlarımızı rus sülhməramlıları korlayırlar. Onlardan nə qədər qız hamilə qalıb. Sülhməramlıların pulu var, pulluların qarşısında ermənilər acizdir...”

*****

Rusların müvəqqəti nəzarətində olan “Qarabağ anklavı”nda, obrazlı yazsaq, “konslager”də bu günə durum bax, belə dözülməzdir. Ancaq həmin “konslager”i də günün birində Azərbaycan əsgəri azad edəcək. Bir şey qalmayıb...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam