Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bu köpəyin səsi “sülhməramlıların” xoşuna gəlir-Dirijorluğunu da özləri edir

 

“Sülhməramlıların” bəzi komandirlərinin ermənilərə və faşistlərə sevgisi onların Rusiya dövlətinin rəsmi mövqeyini heçə saymayacaq qədər güclüdür!

Yenixeber.org: Bugünlərdə özünü qondarma “arsax respublikası”nın qondarma “prezidenti” hesab edən cinayətkar Arayik Arutyanyan deyib ki, “arsax” heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Rusiya “sülhməramlılarına” arxalanan bu “arxalı köpək” özünü elə köpək kimi aparır və demək olar ki, hər gün üzünü Azərbaycan tərəfə tutaraq hürməkdə davam edir. Görünür bu köpəyin səsi “sülhməramlıların” xoşuna gəlir. Yəqin ona görə ki, Ayarayikin hürməsinin mətnini və musiqisini elə “sülhməramlılar” yazır və dirijorluğunu da elə onlar edir. Yoxsa Yətən Müharibəsi zamanı Azərbaycan əskərinin qorxusundan girməyə siçan deşiyi axtaran bu köpək hürməyə cəsarət etməz və meydan sulamazdı. “Sülhməramlıların” (əslində özlərini işğalçı kimi aparanların) hərtərəfli dəstəyinə arxalanaq və 10 noyabr razılaşmasının ziddinə olaraq hələ də Dağlıq Qarabağda sülənən ermənilər o qədər həyasızlaşmışlar ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı həyata keçirmiş Qaregin Njdeyə heykəl ucaltmağa cəsarət etmişlər. Məlumdur ki, Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölmüşdü. Bunu nəzərə alan Rusiya bu faşist cəlladına Ermənistanda 6 metrlik abidə ucaldılmasına etiraz etmiş və onun sökülməsini tələb etsə də, ermənilər buna məhəl qoymurlar. Bəs necə olur ki, “sülhməramlıların” faktiki olaraq ağalıq etdiyi ərazidə ermənilər bu faşistə abidə ucaldırlar? Rusiya “sülhməramlılarının” erməni faşistlərinin bu əməlindən bixəbər olduğuna kim inana bilər? Görünür “sülhməramlıların” bəzi komandirlərinin ermənilərə və faşistlərə sevgisi onların Rusiya dövlətinin rəsmi mövqeyini heçə saymayacaq qədər güclüdür! Erməni faşistlərinin son davranışları, hərəkətləri göstərir ki, onların Dağlıq Qarabağdan iti qovan kimi qovulmalarının vaxtı çoxdan çatmışdır! Əgər “sülhməramlılar” bunu etmək istəmirlərsə, söz Azərbaycan əsgərinindir!

Teyyub Qənioğlu: Azərbaycan Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam