Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tural Gəncəliyev:"Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini..."

Tural Gəncəliyev: "Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər"

Yenixeber.org: "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı Dağ yəhudiləri dini icması, “Azərbaycan Respublikasında Katolik kilsənin Apostol Prefekturası” dini qurumu, Avropa Yəhudilərinin Bakı dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbərləri iştirak ediblər.

İcmanın İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, dünyada baş verən terror hadisələrinin fonunda Azərbaycanda stabillik hökm sürür.

O qeyd edib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayır: "Hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər. Digər tərəfdən, Şuşadakı tarixi "Mamayi" məscidindən kilsə kimi istifadə edib, orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan özünü "birinci xristian ölkəsi" kimi dünyada tanıtmağa çalışır. Özünü belə hesab edən dövlətə məscidləri, kilsələri dağıtmaq yaraşarmı? Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda, ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidlərimizi, qəbiristanlıqlarımızı, ziyarətgahlarımızı dağıdırlar".

T. Gəncəliyev dini icma rəhbərlərini ermənilərin bu vandalizim aktlarına səssiz qalmamağa çağırıb.

Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, ermənilər Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onları məlumatlandırmayıblar: "Qarabağ Azərbaycan torpağıdır. Qarabağ, İrəvan xanlıqları olub. Dağlıq Qarabağdakı rus-pravoslav kilsələri də Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir".

O xatırladıb ki, ermənilər Yaxın Şərqdə, Bizans imperiyasının tərkibində yaşayıblar. Görüş müzakirələrlə başa çatıb. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam