Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistan üçün “Məhşər günü” yaxınlaşır -“Uzağı ilin sonunda...”

Paşinyanın vaxtı və manevr limiti bitib; erməni xalqının qurtuluşu üçün İrəvanın arzuladığı “yol xəritəsi” olmayacaq...

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan 10 aydır Azərbaycanla, Türkiyə ilə, dünya birliyi ilə sülh oyunu oynayır. Gah Bakı və Ankara ilə münasibətlərdə hansısa “pozitiv siqnallar”dan, qarşılıqlı iqtisadi əməkdaşlığın vacibliyindən, o sırada nəqliyyat yollarının açılmasının üstünlüklərindən danışır, gah da “artsaxın öz müqəddəratını təyinetmə” haqqından dəm vuraraq ikitərəfli əlaqələrin bərpasını “status məsələsi”nə bağlayır; rəsmi Bakıya şərt qoymağa çalışır.

Beləcə, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaqdan israrla yayınan İrəvan üstəgəl, ölkədə ehtiyatda olan əsgər və zabitlərin hissə-hissə, 3 aylığına hərbi təlim toplanışlarını davam etdirir. Başqa sözlə, “sorosçu” Paşinyan və komanda üzvlərinin dilində “sülh” sözü olsa da, niyyətləri qətiyyən sülh deyil.

Kapitulyasiya sənədinin imzalanmasının ildönümünə isə ikicə ay qalır. Amma hələ də üçtərəfli sənədin mühüm bəndləri Ermənistan tərəfindən yerinə yetirilməyib. Söhbət əsasən kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasından və Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının çıxarılmasından və ya tərk-silah edilməsindən gedir.

Zəngəzur dəhlizinin açılmasına kimlər mane olur? – Keçmiş nazir DETALLARI  AÇDI

Bu mənada Paşinyan hökuməti üçün əslində “hesab günü” də, “Məhşər günü” də uzaqda deyil. Ermənistan rəhbəri 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya sənədi ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməyə görə cavab verməli olacaq. İrəvana ayrılan sonuncu möhlət, vaxt bitir. Bunu artıq Paşinyan hökumətində də anlayanlar var.

***** 

“Azərbaycanla dostluq qurmaq üçün hər zaman əsaslar olub və bu gün də mövcuddur”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalı sənaye naziri Vaaqn Xaçatryan hökumətin Azərbaycanla sülh müqaviləsi imzalamaq istəməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, artıq müstəqil dövlət olaraq Ermənistan Azərbaycanla sülh qurmaq üçün platformaya malik olub və bu platforma hələ də mövcuddur: “Və biz bundan istifadə etməliyik”.

Ermənistan defolt ərəfəsindədir - Xaçatryan

Vaaqn Xaçatryan

 

Erməni jurnalistlərindən birinin “Bəs ilkin şərtlər hansıdır” sualına nazir belə cavab verib: “Ön şərt bizim indi əlimizdə olandır, malik olduğumuzdur. Biz layiqli sülhə nail olmalıyıq”.

Bəli, Ermənistan məhz mövcud olanlarla, reallıqla barışıb Azərbaycanla sülh müqaviləsi imzalamalı, ölkəmizə və qardaş Türkiyəyə qarşı ərazi iddiasından, saxta soyqırım iddiasından imtina etməlidir. Məğlub ölkə üçün ləyaqətli sülh də elə budur - beynəlxalq hüquqa əsaslanan anlaşma.

Ədavətə son qoyub tərəqqi yoluna çıxmağın başqa resepti, “yol xəritəsi” yoxdur, olmayacaq. Ermənistan Bakı və Ankaranın təklif elədiyi və erməni xalqının xilasına xidmət edən təklifi qəbullanmaq zorundadır. Əks halda, yekun nəticə məlumdur. Yekun nəticə - iqtisadi-sosial, demoqrafik fəlakət və Ermənistanın simvolik dövlətçiliyinin də itirilməsi olacaq.

***** 

“Belə getsə, gələcəkdə Qarabağın yox, Ermənistanın özünün statusundan danışmalı olacaqlar”.

Bu sözləri «Axar.az»a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov

 Zaur Məmmədov 

 

Politoloq hesab edir ki, Ermənistan birdəfəlik status məsələnin üstündən xətt çəkməli olduğunu, gələcəyə dair addımlar atılmasının vacibliyini başa düşməlidir: “Qarabağın ”statusu" haqqında təkidlə danışan, hay-küy salan erməni diasporu və kilsəsi başa düşməlidir ki, əgər belə davam etsələr, gələcəkdə Ermənistanın özünün statusundan danışmalı olacaqlar. Onlar öz dövlətlərinin gələcəyi haqqında düşünməlidirlər. Ermənistanda meydana çıxan revanşistlərin fəaliyyəti birbaşa Ermənistan dövlətinin varlığına təhdiddir".

Öz növbəsində müstəqil erməni analitik Saro Saroyan hesab edir ki, Nikol Paşinyana daxili siyasi vəziyyəti tənzimləmək üçün ayrılan vaxt başa çatıb və bu da siyasi çözümü yaxınlaşdırır.

Saroyanın sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin imzalanmasından bəri proseslər İrəvanın Bakı ilə daha əhəmiyyətli və təməl sənədin imzalaması istiqamətində gedib. “Müvafiq surətdə həmin dövrdən başlayaraq bütün impulslar və proseslər tam olaraq bu məntiq çərçivəsində baş verib. Son aylarda isə bu sənədin ilin sonunadək imzalamaq tendensiyası üzə çıxıb”, - deyə o vurğulayıb.

Erməni analitik bu və ya digər şəkildə, fasilələrlə Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərindən ibarət birgə komissiyanın davam edən işini Rusiya və Türkiyənin bu sənədin imzalanmasına hökmən bu il nail olmaq istəyinin təzahürü kimi qiymətləndirir.

“Aydındır ki, bütün bunlar Bakının mövqeyinin sərtləşməsi ilə üzləşir, hansı ki, əlindəki bütün vasitələrlə İrəvana təzyiq göstərməyə çalışaraq, onun faktiki qeyd-şərtsiz təslim olmasını istəyir - 10 noyabr 2020-də başlayan və 11 yanvar 2021-də davam edən proseslərin məntiqi çərçivəsində”, - deyə Saroyan fikrini tamamlayıb.

“Xatırlatmaq istərdim ki, məhz Ermənistan rəhbərliyinin səyləri sayəsində dünya, beynəlxalq ictimaiyyət bu gün ”Artsax" ətrafında baş verən münaqişəni “Artsax”-Azərbaycan münaqişəsi deyil, Ermənistan və Azərbaycan münaqişəsi kimi qəbul edir və tanıyır. Bu, İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin imzalanmasının qanunauyğun nəticəsidir. Yeri gəlmişkən, İrəvan buna görə Bakıdan verilən açıqlamalara simmetrik bəyanatlarla cavab verməkdən yayınır".

Bunu isə digər erməni təhlilçi Vaan Badasyan deyib.

*****

Ancaq İrəvanda səslənən və fantaziyalara əsaslanan bəyanatlar, hökm sürən ovqat heç nəyi dəyişmir. Çünki Ermənistan 44 günlük müharibə nəticəsində bölgədə söz sahibliyini itirib və artıq zaman çoxdan Azərbaycana işləyir...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam