Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

AMERİKA HEGEMONLUĞUNUN SONU -Vaşinqton çağırışlarla bacarmır

Mark Kats, «National Interest» nəşrinin şərhçisi müəllif sütununda planetimizdə Amerika hegemonluğunun sönməsinin əlamətlərini sadalayıb.

Yenixeber.org: Onun sözlərinə görə, beynəlxalq münasibətlərin bipolyar sistemi dövründə dünyada iki nəhəng rəqabət aparıb: SSRİ və ABŞ. Sovet İttifaqının və sosialist ölkələri blokunun dağılması ilə hansısa məqamda Amerika Yer kürəsində dominantlıq edən gücə çevrilib, ancaq indiki əsrin çağırışları bu tezisi şübhə altına alır.

Müəllifin fikrincə, Vaşinqtonun hegemonluğunun başa çatmasına aşağıdakı məqamlar işarə edir:

- Amerika Əfqanıstanda və İraqda uzunmüddətli və genişmiqyaslı hərbi əməliyyatlarda üstünlük qazana bilmədi;

- ABŞ 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada Rusiyaya zəif cavab verdi;

- Vaşinqton Yaxın Şərqdə, Suriyada, Yəməndə, Afrikanın şimalında - Liviyada münaqişələrin tənzimlənməsində təşəbbüsü Ankara, Tehran və Moskvaya verdi;

- Birləşmiş Ştatlar Çinə böyüklüyünü artırmaqda, Şərqi-Çin və Cənubi-Çin dənizlərində hökmranlığını və «Bir kəmər - bir yol» təşəbbüsü sayəsində təsir dairəsini genişləndirməklə təsdiqləməyə mane ola bilmədi;

- Ağ Ev öz rəqibləri ilə yaxınlaşmağa uğursuz cəhd göstərdi (Donald Tramp KXDR-ı və İranı «başa salmağa» cəhd göstərdi). Üstəlik də, Vaşinqton müttəfiqlərini Amerika əleyhdarları ilə əməkdaşlıq etməkdən çəkindirə bilmədi.

Amerika Silahlı Qüvvələrinin Əfqanıstandan çıxarılması və İraqdan 2021-ci ilin axırında planlaşdırılan getmək onun müəyyən təzahürüdür ki, Amerika başda olmaqla, bipolyar dünya (əgər mövcuddursa) sona yetişir.

Ekspertlər arasında vahid fikir yoxdur ki, gələcəkdə dünya düzəni necə olacaq. Bir qrupu hesab edir ki, Çin növbəti dominant güc ola bilər, digərləri əmindirlər ki, dünya yenidən bipolyar olacaq - Pekin və Vaşinqton mərkəz olmaqla.

Ancaq göstərilən sistemdə, müəllifin fikrincə, üçüncü tərəf də ola bilər - Çin və ABŞ arasında balans yarada bilən tərəf. Bu, aydındır ki, Rusiyadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam