Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika eksperti Yaxın Şərqin önəmsizləşdiyindən yazır:“NEFTİ TÜKƏNİR, VAŞİNQTON BU BÖLGƏDƏN GETMƏLİDİR” – Təhlil  

 

Uillis L. Krumholts

The National Interest (ABŞ), 30.042019

 

Enerji resurslarının ABŞ-ın təhlükəsizlik və gəlişməsi üçün mühüm mənası var. Birləşmiş Ştatlar soyuq savaş dönəmində maraqlıydı ki, SSRİ-nin Yaxın Şərqdəki üstünlüyünü qabaqlasın. Amma Yaxın Şərq bu gün daha belə təhlükəylə üzləşmir. Hətta kürəsəl energetik güclərin balansı kəskin dəyişilib. İndi tamamilə özgə bir geopolitik gerçəkliklə işimiz var, buna görə də Vaşinqton öz xarici siyasətinə dəyişiklik etməlidir və Yaxın Şərqdən başlamaq gərəkdir.

Yenixeber.org: Səudiyyənin dünyada haçansa ən məhsuldar olan Həvar neft-qaz yatağında hasilat tutumu azalmaqdadır. Bu gün bu yataqda 15 il qabaq hasil edilən neft həcminin cəmi dörddə birini hasil edirlər. Bu göstərir ki, xam neft hasilatı üzrə Səudiyyə Ərəbistanının ümumi imkanları, ehtimal ki, azalır.

Bu arada ABŞ-dakı ən böyük şistli neft yataqlarından biri – Perm hövzəsi (Permian Basin) –dünyada rəsmən ən böyük yataqlardan biri olub. Perm hövzəsində hasilat həcmi gündə dörd milyon barrel nefti keçir. Bu durum son onillikdə enerji hasilatı sahəsində baş vermiş böyük dönüşü göstərir. ABŞ indiki vaxtda dünyada ən böyük enerji istehsalçısıdır. Habelə irimiqyaslı geopolitik dəyişiklik baş verib. Soyuq savaş bitib ki, bu da Yaxın Şərqin ABŞ üçün önəmini kəskin azaldıb. Vaşinqton öz xarici siyasətini bu yeni gerçəkliyə uyğunlaşdırmalıdır. ABŞ keçmişdə önəmli neft ehtiyatlarına çıxışa malik deyildi, çünki bu, yerin dərinliyində şistli süxurlarda yerləşirdi. Sadəcə, şistli neft hasilatı üçün gərəkli texnologiya yox idi. Amma Amerika şirkətləri, haradasa, 10 il qabaq yeni texnologiya işlətdi: üfüqi yönəlmiş qazma və layın hidravlik qırılması (LHQ). Yeni texnologiyalar şistli neftə çıxış əldə etmək imkanı verib. ABŞ-da neft hasilatı iki dəfədən çox artıb.

Birləşmiş Ştatlar indi uyğun olaraq ikinci və üçüncü yeri tutan Səudiyyə Ərəbistanı və Rusiyada hasil edildiyindən daha artıq ən böyük neft ehtiyatına sahibdir. Amerika ixracatı da ən yaxın beş ildə Səudiyyə Ərəbistanı və Rusiyanın ixracatını ötməlidir. Bu arada ABŞ təbii qaz hasilatını çoxaltmağı da bacarıb ki, bu da Vaşinqtonun enereji resurslarının idxalından asılılığını xeyli azaldıb. “The Economist” nəşri bu qədər böyük dəyişikliklər fonunda hətta özəl termin işlədib: “Səudiyyə Amerikası”. Amerikanın energetika sənayesinə yatırımların artan həcmi xəbər verir ki, o, ən yaxın illərdə irəliləyişi sürdürəcək.  ABŞ-da energetika inqilabı Amerika xarici siyasətinə dərin təsir göstərməlidir.Vaşinqtonda İrandan yapışıb Yaxın Şərqin strateji önəmini gərəyindən artıq dəyərləndirirlər. ABŞ artıq 1400 il sürən savaşa girib. Savaş Səudiyyə Ərəbistanının başçılıq etdiyi sünnilər və İranın başçılığı ilə şiələr arasında gedir.

Amerika siyasətçiləri cızığı xeyli keçiblər. Onlar Səudiyyə Ərəbistanı kimi sünni ölkələrinin islamın 2001-ci il 11 sentyabr hücumunu həyata keçirməkdə terrorçuları ruhlandıran ifrat formasının təbliğini  maliyyələşdirməyi davam etdirdiyinə göz yumur. Bu ölkələr o cümlədən Suriyada hücumları davam etdirən terrorçu qruplaşmaları maliyyələşdirməkdədir. Amerika siyasətçiləri “əl-Qaidə”yə bağlı sünni qruplarını (təsadüfən) silahlandırıblar, çünki bu qruplaşmalar İranın müttəfiqlərilə döyüşür. ABŞ habelə Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlarına dəstəyi sürdürür. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının fəaliyyəti Yəmənin mülki əhalisinin böyük  əzablarına səbəb olub.

ABŞ-ın dayanmağının vaxtıdır. Vaşinqtonun Yaxın Şərqdə indiki siyasəti üzündən həmişə ABŞ-ın qısa və uzunmüddətli maraqlarına zidd gedən əxlaqca şübhəli durumlara düşürük. Yaxın Şərqin strateji önəmi azalmaqdadır. ABŞ-ın kürəsəl müdafiə prioritetlərinə yenidən baxmağın zamanı çatıb. Vaşinqton nəyin, doğrudan, dəyərli olub-olmadığını ayırd etməlidir.

Qabaqlar Səudiyyə Ərəbistanıyla münasibətlərin əhəmiyyəti Soyuq savaşla şərtlənmişdi, amma o bitib, ABŞ isə yeni neft fövqəldövlətinə çevrilib. Birləşmiş Ştatların xarici siyasəti on illər irəli baş vermiş gerçəkliklərə deyil, çağdaş dünyanın gerçəkliklərinə söykənməlidir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam