Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Türkiyə qlobal gücə çevrilib -Professor


Türkiyə qlobal gücə çevrilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyada - Fərat çayının şərqində PKK/PYD-YPG terror təşkilatına qarşı başladığı “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı beynəlxalq aləmin diqqət mərkəzindədir.

Yenixeber.org: Bəzi böyük güclər və siyasi dairələr tək regionu deyil, bütün dünyanı təhdid edən terrorçulara qarşı hərbi əməliyyatları pisləsələr də, regionda və dünyada sabitliyin olması baxımından “Sülh çeşməsi”ni dəstəkləyənlər də kifayət qədərdir.

Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov “Sülh çeşməsi” əməliyyatı və onun ətrafında yaranan durumu şərh edərkən deyib ki, Türkiyəni birmənalı şəkildə dəstəkləyir:

“Türkiyə ərazisini və təhlükəsizliyini təmin etməyə çalışır. Elə bu səbəbdən də Suriya ərazisində hərbi əməliyyat aparır. Bu əməliyyat başadüşüləndir. Neçə illərdir ki, Suriya sərhəddindəki terrorçular Türkiyə üçün təhdid yaradırdı”.

Politoloq Rüstəm Məmmədov bildirib ki, Türkiyənin bu addımına etirazların əsası yoxdur: “Amerika dünyanın o başındadır və Suriyadan təzəcə çıxmağa başlayıb. Amma Suriya ilə sərhəddi olan, Suriya böhranından əziyyət çəkən Türkiyənin addımlarına etiraz edir. Fikrimcə, bu etiraz məntiqli deyil. Türkiyə Suriyadakı bəlanı aradan qaldırır. Ümumiyyətlə, ABŞ-ın Suriyada nə işi var? Amerika artıq Suriyadan çıxmağa başlayıb. Çünki anlayır ki, əvvəl-axır Suriyada onun da başına bəzi oyunlar gələ bilər”.
Türkiyə qlobal gücə çevrilib
R. Məmmədov

Suriya hökuməti ilə Türkiyə arasında diplomatik əlaqələrin olmadığına diqqət çəkən politoloqun sözlərinə görə, bu prosesdə Suriya rejimi Türkiyəyə qarşı çıxmamalıdır: “Əgər çıxacaqsa, onun da başı gedəcək. Bu, Suriya rejiminə lazım deyil”.

Müsahibimiz əlavə edib ki, artıq Türkiyə super güc kimi çıxış edir: “Əslində Türkiyə regional deyil, qlobal güc kimi çıxış edir. Son illər Türkiyə yaxşı mənada şişib və haqqını dünyada prinsipial olaraq müdafiə edir”.

Prezident Administrasiyasının sabiq sektor müdiri R. Məmmədovun fikrincə, Türkiyənin Suriyada apardığı əməliyyatlar Rusiyanın maraqlarına təhlükə yaratmadığı üçün Moskva bitərəfliyini saxlayır:

“Düşünürəm ki, Türkiyə hərbi əməliyyata başlamazdan əvvəl bu addımları ruslarla razılaşdırıb. Düzdür, indi deyirlər ki, bölgədə olan terrorçu qruplar ruslarla anlaşıb. Mən buna ciddi yanaşmıram. Bəşər Əsədlə razılaşa bilərlər, amma bunun nəticəsi olmayacaq. Türkiyə qarşısına qoyduğu məqsədə çatacaq”.(reytinq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam